İsveçin Tehrandakı səfirliyi qarşısında müsəlmanların Qurban bayramının ilk günündə İsveçdə Quranın yandırılması ilə bağlı etiraz aksiyası keçirilib .
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Aksiyada onlarla insan iştirak edib. Etirazçılar ölkə hakimiyyətindən İsveç səfirliyinin bağlanmasını və İsveç mallarını boykot etməyi tələb ediblər. Onlar əllərində “Müsəlmanların susması Qurani-Kərimə təhqirdir” və “Quran düşmənlərinə ölüm” yazıları olan plakatlar tutublar.
Nuranə Məmmədova