Tanzaniyada sərnişin təyyarəsi gölə düşdü

52

Tanzaniyada sərnişin təyyarəsinin pis hava şəraiti səbəbindən Viktoriya gölünə düşdüyü açıqlanıb.
Precision Air şirkətinə məxsus təyyarənin ölkənin şimal-qərbindəki Bukabo şəhərinə eniş etməzdən əvvəl gölə düşdüyü paylaşılıb.
Qəzanın yerli vaxtla saat 10:50-də baş verdiyi açıqlanıb.

Elchi.az xəbər verir ki, bu barədə bölgə polis rəisi Uilyam Mvampanqhale bildirib ki, təyyarədə olan sərnişinlərin sayı və qəza nəticəsində ölənlərin sayı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Yerli mətbuatın məlumatına görə, təyyarədə 49-u sərnişin olmaqla 53 nəfər olub.
Tanzaniya prezidenti Samia Suluhu Hassan qəza ilə bağlı sosial media hesabından “Precision Air” şirkətinə məxsus təyyarənin qarışdığı qəza xəbərini kədərlə öyrəndim. Xilasetmə əməliyyatlarının davam etdiyi anlarda sakitliyimizi qorumağınızı xahiş edirəm” deyib. ifadələrdən istifadə etmişdir.

Şayəstə