Tanınmış aparıcının adından dələduzluq edildi

123

Rusiyalı teleaparıcı Andrey Malaxov  adından istifadə etdiyi  fırıldaqçılar barədə açıqlama verib. Elchi.az xəbər verir ki, bu barədə o, rəsmi “Telegram” kanalında paylaşım edib.

Aparıcı “Andrey Malaxov” ləqəbli istifadəçinin paylaşımlardan birinin altında şərh yazdığını göstərən “skrinşot” yerləşdirib. “Əgər bu hesabı şəxsi mesajlarda  yazsanız, dərhal onu bloklayın. Qeyd edim ki, bu mənim “Telegram” kanalım deyil, məndən istifadə edən  fırıldaqçıların şəxsi Telegram hesabıdır”, – deyə Malaxov bildirib.

O əlavə edib ki, hücum edənlərin hesabının onunla heç bir əlaqəsi yoxdur.

Havar Şəfiyeva