Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə “Təzə Pir” məscidində bayram namazı qılınıb.
Elchi.az “Report”-a istinadən xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.
Bakının mərkəzində meydana Şevçenkonun adı verildi
Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib. Elchi.az Report-a istinadla xəbər verir ki, meydan paytaxtın Nəsimi...





















Son şərhlər