Tələbə ilk dəfə lotereya oynayıb milyonçu oldu

92

ABŞ-ın Merilend ştatının 22 yaşlı sakini ilk dəfə lotereya oynayıb və cekpot qazanıb. Elchi.az bu barədə “UPI” xəbər agentliyinə istinadən məlumat yayır.

Böyük məbləğdə pulun udmayacağına inanmayan gənc oyun bitdikdən sonra 40 min dollar qazandığını öyrənib.

O, qazanılan pulu təhsil haqqını verməyə xərcəcəyini qeyd edib.

Bundan əvvəl ABŞ sakininin 20 il ərzində qohumlarının doğum tarixi ilə eyni nömrələr dəsti ilə lotereya oynadığı və cekpotu qazandığını bildirilib.

Havar Şəfiyeva