"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Təhlükəli iddia – İŞİD Bakını da vura bilər

08 Noyabr 2014 - 00:21
in GÜNDƏM
FacebookVatsap

Moskvada qətliam törədən qanlı hörgütün Azərbaycanda da eyni ssenarilərə əl atması mümkün sayılır img1674148

Bunu da oxuyun

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Arzu Nağıyev: “Heç bir dövlət təhlükədən və təhdidlərdən tam sığortalanmayıb, ancaq mümkün qədər bunun qarşısının alınması üçün əldə olan rıçaqlardan səmərəli istifadə etmək lazımdır”

Moskva ətrafında 14 nəfəri qətlə yetirməkdə ittiham olunan banda ələ keçirilib. Şose yolda hərəkət edən avtomobilləri hədəf alan və qətllər törədən dəstənin işində İŞİD adının keçməsi diqqət çəkib. Hələlik banda üzvlərinin İŞİD-lə əlaqəsinin olduğu rəsmən təsdiqini tapmasa da, hüquq-mühafizə orqanlarından bildiriblər ki, banda üzvləri yolda pusqu qurub sürücüləri öldürməklə yanaşı İŞİD üçün tərəfdarların “verbovka” edilməsi və onlara silahlı təlim keçilməsi ilə də məşğul olublar.
Müstəntiqlər istisna etmirlər ki, yolda pusqu qurub sürücülərin öldürülməsi də məhz gələcək İŞİD döyüşçüləri üçün məşq olub. Mənbələr bildiriblər ki, banda üzvlərindən bir neçəsinin yaxın günlərdə Suriyaya getməyə hazırlaşdığı da müəyyən edilib. Bandanın rəhbərlərinin “olduqca radikal baxışlara malik olduğu” bildirilir.
Qeyd edək ki, son zamanlar Rusiyada İŞİD-lə bağlı əməliyyatların sayı artıb. Ötən həftə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkə ərazisində İŞİD üçün döyüşçülərin ələ alınıb cəlb edilməsi və bu qruplaşmanın maliyyələşdirilməsi mənbələrini üzə çıxarmaq üçün genişmiqyaslı əməliyyat başladıb. Virtualaz.org saytı “Rosbalt”a istinadən əməliyyatın gedişində onlarla şübhəlinin, o cümlədən Moskvada İŞİD-ə qoşulan 6 azərbaycanlının saxlanması xəbərini yayıb. Saxlanılan Azərbaycan vətəndaşları Moskvanın Skotoproqonnıy keçidində avtoservislərin birində işləyib. Onlardan biri avtoservisin direktorudur.
Yeri gəlmişkən, bir neçə gün öncə Rusiya Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski İŞİD-ə qoşulan qafqazlı terrorçuların bölgə üçün ciddi təhlükə yaratdığını bildirmişdi. Nüfuzlu ekspert bildirmişdi ki, geri dönən terrorçular Qafqazı qan çanağına döndərəcək. Eyni zamanda o, bu bəlaya qarşı bölgə ölkələrinin birgə mübarizə aparmasının vacibliyini qeyd edib. Xatırladaq ki, ötən ay Bakıya səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqunun müzakirə etdiyi mövzulardan birinin də İŞİD-ə qarşı birgə mübarizə idi. Yerli ekspertlər də, İŞİD təhlükəsinin Rusiya üçün ciddi təhdidə çevrildiyi və Moskvanın buna qarşı ciddi hazırlıqlara başladığını qeyd edirlər. Aydın məsələdir ki, Rusiya hökuməti İŞİD-in nə vaxtsa, hansısa formada ölkə ərazisində peyda olacağını bilir. Bununla bağlı qruplaşma liderlərinin özlərinin də dəfələrlə ultimatumları olub. Bu səbəbdən də Moskva gözlənilən təhlükəyə qarşı hökumət qüvvələrini səfərbər etməyə çalışır.
Ancaq eyni zamanda İŞİD-in Rusiya ərazisində peyda olması Azərbaycan üçün də ciddi siqnaldır. Çünki İŞİD-in özünü göstərəcəyi meydan Şimali Qafqazda, yəni Azərbaycan sərhədləri yaxınlığında olacaq. Bu isə Azərbaycanı ciddi risk qrupuna salır.
Sabiq təhlükəsizlik zabiti, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev deyir ki, müəyyən təhdid çağırışları olsa da, hazırda İŞİD Rusiyada silahlı əməliyyatlara başlamaqdan daha çox, regiondan özünə döyüşçü və tərəfdar toplamağa çalışır: “Təhlillər göstərir ki, bu gün İŞİD-ə sıravi döyüşçülərdən daha çox mütəxəssislər lazımdır. Çünki, onların kifayət qədər döyüşçüsü vardır. Məhz bu baxımdan onlar bir az taktikanı dəyişib artıq mütəxəssis cəlbetməsi ilə məşğul olurlar. Bu mütəxəssislərin isə əsas hissəsi Rusiya və digər MDB ölkələrində də var. Buna görə də bu dövlətlərdə onların emissarlarının olması inkar edilə bilməz. İstər RF, istərsə də digər dövlətlərin vətəndaşlarının Suriya və İraqda olması buna bir daha əyani sübutdur.
Deməli, İŞİD Rusiya və Azərbaycana da potensial muzdlu toplamaq imkanlı dövlət kimi baxırlar.
RF xarici işlər nazirliyinin məlumatına əsasən İŞİD-in tərkibində 1000 nəfərdən çox Rusiya vətəndaşı var. Bu isə Tunis, Səudiyyə Ərəbistanı və Mərakeşdən sonra dördüncüdür. Bu yaxında Suriyadan qayıdanlardan 1 nəfərinin Qroznıda (Rüstəm Kərimov) məhkəməsi oldu, 2-si isə olmalıdır. İŞİD terroristlərinin bir müddət əvvəl verdikləri “Allahın köməyi  ilə Qafqaz və Çeçenistanı da azad etmək” bəyanatları Çeçenistan rəhbərliyi tərəfindən sərt qarşılandı və İŞİD buna görə RF vətəndaşını girov götürdüklərini bəyan etdilər. Azərbaycanda da keçirilən həbslər buna əyani sübutdur”.
Qeyd edək ki, hazırda İraqda və Suriyada dövlət elan edən İŞİD öz tərəfdarlarını ruhlandırmaq, eyni zamanda mövqelərini gücləndirmək üçün dövlət imici formalaşdırmağa çalışır. Bir qədər əvvəl təşkilat 220 min dollar maaş qarşılığında CEO və eləcə də 40 min lirə aylıq maaşa neft mühəndisi axtardığını bəyan edib. A.Nağıyev deyir ki, hazırda İŞİD tərəfdarları dünyanın əksər ölkələrində özlərinə tərəfdar toplamaqla məşğuldur: “İŞİD-in cəlbetmə metodu bütün dünyada tətbiq olunur. Bu yaxınlarda hətta Yaponiyada da belə bir hala rast gəlindi və Hokkayda Universitetinin bir tələbəsi həbs edildi. Eyni zamanda  Moskvada “Hizbut–Təhrir” radikal islam təşkilatının bir neçə üzvü cəlbetmə ilə bağlı həbs edildi.
Londonda, Parisdə bu proseslər davam edir. İŞİD emissarları hətta bir neçə qadını İŞİD-in polisində xidmət etmək və qadınların geyimlərinə nəzarət üçün dəvət edirlər. Yuxarıda qeyd etdiyim kimi bu gün əsasən onlara silah-sursatı  təmir etmək üçün mühəndis və texniki personal, həkimlər daha çox lazımdır. Bunların axtarışı və cəlb edilməsi isə əsasən sosial şəbəkələr, məscidlər və necə deyərlər “halal kafe və restoranlar”da aparılır. Hazırda Türkiyə marşrutu qapansa da digər marşrutlar fəaliyyətdədir. Yəni turist vizası ilə həmsərhəd ölkələrə düşən radikallar sonradan Suriya və İraqa, digər ölkələrə asanlıqla gedə bilirlər”.
Hazırda analoji prosesin Azərbaycanda da aparıldığını deyən ekspertin fikrincə, sadəcə Rusiya ilə müqayisədə Azərbaycanda onların daha rahat fəaliyyət imkanları dardır: “Əminliklə deyə bilərəm ki, bu proseslər Azərbaycanda da həmin ssenari üzrə gedir. Hazırkı durumda oradan qayıdanlar daha “qəhrəman” kimi qarsalanmadığı və dindar  gənclərin kumirinə çevrilmədiyi, hüquq mühafizə orqanlarının əməli fəaliyyəti və cinayət məcəlləsi ilə təsbit edildiyinə görə, cəlbetmə prosesləri çətinləşib. Lakin bununla sakitləşmək düzgün olmazdı. Tam əmin olmaq olmaz ki, bu proseslər getmir. Sadəcə olaraq məqsədyönlü işləmək imkanlarından məhrum ediliblər. Rusiyanın coğrafi  ərazi böyük olduğu üçün İŞİD-in  imkanları daha genişdir. Rusiyada əsasən müsəlman əhali Tatarıstan, Başqırdıstan, Volqaboyu və Şimalı Qafqazdadır.
Belə nəticəyə gəlmək olar ki, söhbət tək terror dalğasından və onun qorxusundan getmir. Ümumiyyətlə bu təşkilatlara qarşı kompleks mübarizədən gedir. Bunun üçün isə məscidlərdə, dini qurumlarda və bu yönlü təşkilatlarda, əsasən də sosial şəbəkələrdə təbliğat işini daima nəzarəti artırmaq və bunun səmərəsini izah etmək vacibdir. Məlumdur ki, heç bir dövlət təhlükədən və təhdidlərdən tam sığortalanmayıb, ancaq mümkün qədər bunun qarşısının alınması üçün əldə olan rıçaqlardan səmərəli istifadə etmək lazımdır”.
Kənan Rövşənoğlu

 

Previous Post

Təhlükəli iddia – İŞİD Bakını da vura bilər

Next Post

Obama İŞİD-ə qarşı daha 1500 hərbçini İraqa göndərir

Bənzər yazılar

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

08 Oktyabr 2026 - 12:52

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TRIPP-in Orta Dəhlizə inteqrasiyasının “C5+1” formatında müzakirə olunmasını təklif edib. Elchi.az xəbər verir ki, Tokayevin sözlərinə...

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb. Elchi.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək. Qeyd edək ki, bu...

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Baş naziri Cabbar Musayev...

Next Post

Obama İŞİD-ə qarşı daha 1500 hərbçini İraqa göndərir

Obama İŞİD-ə qarşı daha 1500 hərbçini İraqa göndərir

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.