"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

TƏBİB-dən deputatın fikirlərinə cavab

26 Yanvar 2023 - 17:53
in CƏMİYYƏT
FacebookVatsap

TƏBİB Milli Məclisin deputatı Məlahət İbrahimqızının tibbi arayışların baha olması ilə bağlı fikirlərinə cavab verib.
TƏBİB-dən Elchi.az-a bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir.
“Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir. Tibbi göstəriş hər hansı bir xidmətin alınması üçün zərurət yarandığı haldır. Yəni vətəndaşın sağlamlıqla bağlı şikayətləri varsa, həmin şikayətlərlə tibb müəssisəsinə yaxınlaşarsa, bu, tibbi göstəriş halı sayılır. Bu zaman göstərilən bütün xidmətlər İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Amma tibbi göstərişi yoxdursa, bu zaman bu xidmətlər İcbari tibbi sığorta təminatı altında ödənilmir. Arayış alınması da tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial bir layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışlarına aiddir: Məktəbə, məktəbəqədər müəssisələrə təqdim etmək üçün bütün sağlamlıq arayışları, hətta ali təhsil müəssisənə təqdim etmək üçün olan arayışlar da ödənişsizdir. Həqiqi hərbi xidmətə çağırılanların müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır.
Ödənişli arayışlar isə tibbi göstərişlər olmadan müayinə edilib, arayış alan şəxslərə aiddir. Məsələn, sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək ödənişli arayışlardır.
Hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Hansı ixtisaslı həkimin müayinəsindən, hansı instrumental-laborator müayinələrdən keçmək lazımdırsa, onların hamısı olarsa, bu zaman məbləğ daha yüksək olur.
Məqsədimiz vətəndaş müraciət etdikdə onun sağlamlığını müəyyən etmək, bütün profilaktik müayinələri həyata keçirməkdir. Ola bilsin ki, həmin müayinələrin nəticəsində hansısa xəstəlik də aşkarlana bilər. Arayışların verilməsi ilə bağlı gələcəkdə hansı əhali kateqoriyası üçün güzəştlərin olması da hazırda müzakirə olunur. Amma indiki halda yalnız yuxarıda söylənilən şəxslər sağlamlıq haqqında arayış alarkən ödənişdən azad olunurlar. Digər şəxslər üçün isə bu xidmət ödənişlidir. Arayışların forması və hansı ixtisaslı həkimlərin müayinəsinin və hansı instrumental-laborator müayinələrin tələb olunması isə Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Sağlamlıq haqqında “Forma-86” arayışı təqdim olunur.
Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir. Arayışlar 1 ay müddətində etibarlıdır. Eyni zamanda arayışların elektron formada təqdim edilməsi də müzakirə mövzusudur. Tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib”.
Qeyd edək ki, M.İbrahimqızı Milli Məclisin Səhiyyə Komitəsinin yanvarın 25-də keçirilən iclasında tibbi arayışların baha olduğunu bildirib.

Bunu da oxuyun

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Previous Post

TƏBİB-dən deputatın fikirlərinə cavab

Next Post

Ərdoğan Bərzanini qəbul etdi

Bənzər yazılar

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

05 Sentyabr 2026 - 11:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. ƏƏSMN-dən Elchi.az-a verilən...

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09

Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə...

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Next Post
Ərdoğan Bərzanini qəbul etdi

Ərdoğan Bərzanini qəbul etdi

Ərdoğan Bərzanini qəbul etdi

Ərdoğan Bərzanini qəbul etdi

Son xəbərlər

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

05 Sentyabr 2026 - 11:49
“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

05 Sentyabr 2026 - 11:25
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapıldı

05 Sentyabr 2026 - 11:11
Rusiya Ukraynaya “İskəndər”lə zərbə endirdi

Rusiya Ukraynaya “İskəndər”lə zərbə endirdi

05 Sentyabr 2026 - 10:55
Ombudsman: Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə görüşlər keçirilib, hüquq və azadlıqları izah edilib

Ombudsman: Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə görüşlər keçirilib, hüquq və azadlıqları izah edilib

05 Sentyabr 2026 - 10:30
Azərbaycan nefti 104.2 dollara ticarət olunur

Azərbaycan nefti 104.2 dollara ticarət olunur

05 Sentyabr 2026 - 10:14
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

05 Sentyabr 2026 - 10:01
Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.