"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Şuşa mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi

12 Oktyabr 2023 - 11:00
in GÜNDƏM
FacebookVatsap

Hazırda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və bu il oktyabrın 10-da İƏT Nazirlər Şurasının 27-ci iclasının məhz Şuşa şəhərində keçirilməsi ölkəmizin Təşkilat daxilində sahib olduğu yüksək nüfuzunun və beynəlxalq mövqelərinin möhkəmlənməsinin göstəricilərindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunda da qeyd olunmuşdur ki, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf
Elchi.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
O, Azərbaycanın İƏT-də sədrlik mövzusunun əhəmiyyətindən bəhs edərək deyib:
“Bu ilin yanvar ayının 24-də Özbəkistanın Daşkənd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında qəbul olunmuş qərara əsasən 2023-cü il üçün Təşkilata sədrlik rəsmən Azərbaycana keçmişdir. Bu gün ətraf mühitin çirkləndirilməsi, atmosferin həddindən artıq karbonlaşması kimi problemlər bütün bəşəriyyəti təhdid edən qlobal təhlükələrə yol açmışdır. Məhz bu problemlərin həlli yollarının daha effektiv şəkildə tədqiq edilməsi məqsədilə də dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsası kimi müəyyən edilib. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir ki, bu da Azərbaycanın İƏT-də sədrlik mövzusu ilə həmahənglik təşkil edir. Təbii ki, Azərbaycan bütün dost və tərəfdaş ölkələrə ən müxtəlif sahələrdə əməkdaşlıq üçün hər zaman açıqdır. Etibarlı tranzit ölkə kimi, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bütün İƏT ölkələri üçün açıqdır. Möhtərəm dövlət başçımızın müraciətində də qeyd olunmuşdur ki, Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”
Kamaləddin Qafarov bu məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri, həyata keçirilən layihələr barədə İƏT üzvlərinə təqdim olunan açıqlamalar Azərbaycan həqiqətlərinin geniş dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük önəm kəsb edir:
“Azərbaycan 2020-ci ildə öz tarixi torpaqlarını Ermənistanın işğalından azad etdikdən dərhal sonra bu ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlamışdır. İşğal dövründə ermənilərin bu torpaqlarda törətdikləri vandallıqlar nəticəsində Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndləri tamamilə dağıdılaraq yer üzündən silinmişdir. Buna görə də ölkəmiz bu əraziləri demək olar ki, başdan-başa yenidən qurur. Ötən üç il ərzində əldə olunan nəticələr həqiqətən də möhtəşəmdir. Milli prioritetlərimiz sırasında olan “Böyük Qayıdış” proqramı bu gün uğurla icra edilir. Proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə isə daha 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Regionda həyata keçirilən layihələr Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir. Həmin ərazilərin inkişaf etmiş regiona çevrilməsi prosesi gedir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş vacib infrastruktur layihələri, o cümlədən iki yeni beynəlxalq hava limanı tikilib istifadəyə verilməsi və üçüncüsünün hazırda Laçında inşasının davam etməsi regionun beynəlxalq statusunu artırır. Təsadüfi deyil ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilmişdir. Bu əlbəttə ki, əlamətdar hadisədir və birmənalı olaraq Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

 

Previous Post

Şuşa mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi

Next Post

İsrail HƏMAS-ın “Elit Noxba” bölməsinin qərargahına hava zərbəsi endirib

Bənzər yazılar

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

05 Avqust 2026 - 16:24

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Ali Məclis sədrinin müavini və İdarə Heyətinin üzvü Bəhruz...

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir...

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici...

Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib – VİDEO

Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib – VİDEO

03 Avqust 2026 - 10:15

Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Elchi.az-a verilən...

Next Post
İsrail HƏMAS-ın “Elit Noxba” bölməsinin qərargahına hava zərbəsi endirib

İsrail HƏMAS-ın "Elit Noxba" bölməsinin qərargahına hava zərbəsi endirib

İsrail HƏMAS-ın “Elit Noxba” bölməsinin qərargahına hava zərbəsi endirib

İsrail HƏMAS-ın "Elit Noxba" bölməsinin qərargahına hava zərbəsi endirib

Son xəbərlər

Azərbaycan iqtisadiyyatında artım olub

Azərbaycan iqtisadiyyatında artım olub

10 Avqust 2026 - 15:16
Meşələrdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib – VİDEO

Meşələrdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib – VİDEO

10 Avqust 2026 - 12:29
7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

10 Avqust 2026 - 12:22
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

10 Avqust 2026 - 12:14
Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

10 Avqust 2026 - 12:08
“Real Madrid” gəlirlərini rekord həddə çatdırdı

“Real Madrid” gəlirlərini rekord həddə çatdırdı

10 Avqust 2026 - 11:55
Uşaq yerində oturmadı, uçuş ləğv edildi

Uşaq yerində oturmadı, uçuş ləğv edildi

10 Avqust 2026 - 11:43
Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

10 Avqust 2026 - 11:31
Litva Baş naziri Prezident İlham Əliyevə zəng edib

Litva Baş naziri Prezident İlham Əliyevə zəng edib

10 Avqust 2026 - 11:20
Qərbi Avropada yayda rekord qırılan temperatur

Qərbi Avropada yayda rekord qırılan temperatur

10 Avqust 2026 - 11:17
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

10 Avqust 2026 - 11:10
ABŞ Trampın İranı necə cəsarətləndirdiyini açıqladı

ABŞ Trampın İranı necə cəsarətləndirdiyini açıqladı

10 Avqust 2026 - 11:06
ABŞ-ın İran blokadası ilə bağlı bəyanatı

ABŞ-ın İran blokadası ilə bağlı bəyanatı

10 Avqust 2026 - 10:58
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dolları ötüb

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dolları ötüb

10 Avqust 2026 - 10:50
Avropada iqlim fəlakəti: 250 min ölüm təhlükəsi

Avropada iqlim fəlakəti: 250 min ölüm təhlükəsi

10 Avqust 2026 - 10:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.