Şuşa Rayon İcra Hakimiyyəti yeni ünvana köçürülüb.
Oxu.az xəbər verir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH bir neçə gün ərzində binanı boşaltmalı olub.
Hazırda Şuşa RİH Koroğlu Rəhimov küçəsində yerləşən köhnə binaya qaytarılıb.
Onu da xatırladaq ki, binada əvvəllər Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi də fəaliyyət göstərib. Daha sonra bu birliyin sədri dəyişdirilsə də, icma fəaliyyətini bu binada davam etdirib. Torpaqlar işğaldan azad edildikdən sonra ictimai birlik adını və fəaliyyət istiqamətlərini dəyişdirib.
Qeyd edək ki, Şuşa RİH-in N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən binasının hansı dövlət qurumuna və təşkilata verilməsi hələ ki məlum deyil.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər.





















Son şərhlər