Sunak tətilə çıxan bütün həmkarlar ittifaqı liderlərini görüşə çağırıb

51

Böyk Britaniyanın baş naziri Rişi Sunak İngiltərənin paytaxt Londondakı məktəbə səfəri zamanı jurnalistlərə bildirib ki, işçilərin maaş artımında ölkə üçün nəyin ağlabatan və sərfəli olduğu barədə bütün həmkarlar ittifaqı liderləri ilə səmimi söhbət etmək istəyir.

Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sunak “Biz bu danışıqların baş tutmalı olduğunu düşünürük. Ona görə də 9 yanvar- bazar ertəsi hər kəsi bu danışıqlara dəvət etdik və danışıqların konstruktiv olacağını ümid edirəm”,-deyib.

Şahzadə Harrinin Əfqanıstanda 25 nəfəri öldürdüyü barədə suala gəlincə, Sunak bu barədə şərh verməsinin uyğun olmayacağını bildirib. 

Yeganə