Lionel Messinin çıxış etdiyi Amerika 1-ci Futbol Liqası (MLS) komandalarından biri olan “İnter Mayami” uruqvaylı ulduz futbolçu Luis Suaresi heyətinə qatıb.
Lionel Messinin çıxış etdiyi Amerika 1-ci Futbol Liqası (MLS) komandalarından biri olan “İnter Mayami” uruqvaylı ulduz futbolçu Luis Suaresi heyətinə qatıb.
Elchi.az xəbər verir ki, MLS-dən verilən açıqlamada 36 yaşlı mərkəz hücumçunun 2024-cü il mövsümündə “İnter Mayami” formasını geyinəcəyi bildirilib.
Beləliklə, Messi və Suares “Barselona”dan sonra ikinci dəfə eyni komandada çıxış edəcəklər. Daha əvvəl “Barselona”da çıxış edən Serxio Buskets və Jordi Alba da Messidən sonra “İnter Maimi” ilə müqavilə imzalayıb.
Kataloniya təmsilçisi ilə yanaşı, “Liverpul”, “Atletiko Madrid” və “Ayaks” kimi Avropanın önəmli komandalarında çıxış edən Suares 768 matçda 471 qol vurub, 263 məhsuldar ötürmə edib.
Karyerasının son dövründə Uruqvay təmsilçisi “Nacional” və Braziliyanın “Qremio” komandalarında forma geyinən Suares Uruqvay Millisinin heyətində 138 matçda 68 dəfə rəqib qapısını silkələyib.
Nuranə Məmmədova