Su Yerə asteroidlərlə gəlib – Alimlər açıqladı

37

Analizlər nəticəsində məlum olub ki, ötən il Böyük Britaniyaya düşən asteroidin tərkibinin 11%-i su, 2%-i isə karbondur.
Elchi.az xəbər verir ki, bu barədə “PA Media” məlumat yayıb.
Qlazqo Universitetinin müəllimi Luk Deylinin sözlərinə görə, meteoritin təhlili həyat mənbəyi olan suyun Yerdə necə yarandığı barədə fikir ortaya qoyur.
Kimyəvi analizlər göstərib ki, bu su Yerdəki suya çox oxşardır. Nümunələrin tərkibində həyatın yaranması üçün əsas komponentlərdən biri olan amin turşuları, molekullar da aşkar edilib.
Meteorit karbonlu xondritlər kimi tanınan nadir qaya sinfinə aiddir. Karbonlu xondritlər Yer kürəsində toplanan bütün meteoritlərin təxminən 3%-ni təşkil edir.