Şoyqu Ukraynada təmas xəttində atəşkəs barədə göstəriş verib

52

Rusiya müdafiə naziri Sergey Şoyqu yanvarın 6-sı saat 12:00-dan 7-i saat 00:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Elchi.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Moskva və bütün Rusiyanın Patriarxı Kirill Ukraynada Provaslav Milad bayramı ilə əlaqədar tərəfləri atəşkəsə çağırıb. Rusiya Prezidenti Vladimir Putinin Patriarx Kirillin müraciətini nəzərə alaraq müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan 7-i saat 24:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.