Nazir ordu və donanmanın texnikasının lazımi səviyyədə saxlanmasının vacib olduğunu vurğulayıb.
Elchi.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, dünyada mürəkkəb hərbi-siyasi vəziyyət fonunda qoşunların Rusiya Federasiyasının təhlükəsizliyinə hər hansı təcavüz və təhdidinin qarşısını alacaq səviyyədə saxlamaq lazımdır.
“Bu gün çətin hərbi-siyasi vəziyyətdə ordu və donanmanın texnikasını Rusiyanın təhlükəsizliyinə qarşı istənilən çağırış və təhdidlərə adekvat cavab verməyə zəmanət verəcək səviyyədə saxlamaq vacibdir”, – Nazir Moskvada “Almaz-Antey” konserninin gələcək raket zavodunun binasının təhvil verilməsi mərasimində deyib.
Şayəstə Hüseynova