Şoyqu: Belarusdaki nüvə silahlarına nəzarət Moskvanın əlindədir

89

O, Rusiyanın Belarusa nüvə silahı ötürməməsinə aydınlıq gətirib.
Elchi.azxəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Xrenin cümə axşamı, mayın 25-də qeyri-strateji nüvə silahlarına dair sənədlər imzalayıblar.                                                                        Rusiya Federasiyasının müdafiə departamentinin rəhbəri qeyd edib ki, Rusiya onu Belarusa vermir, belə silahlara nəzarət Rusiyada qalır.
“Rusiya nüvə silahını Belarus Respublikasına vermir: onlara nəzarət və onların istifadəsi ilə bağlı qərar Rusiya tərəfindədir”, – Şoyqu TASS-a istinadən bildirir.
Belarusun müdafiə departamentində qeyd edildiyi kimi, imzalanmış sənədlər Rusiya Federasiyasının qeyri-strateji nüvə silahlarının respublika ərazisində xüsusi anbarda saxlanması qaydasını müəyyən edir.

Şayəstə Hüseynova