"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Son 10 ildə 500-dən çox hərbi qulluqçu cəzadan azad olunub

12 Sentyabr 2018 - 15:25
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

“Milli Məclis tərəfindən qəbul edilmiş bir sıra amnistiya aktlarının hərbi qulluqçulara tətbiq edilməsində şöbə prokurorları bilavasitə iştirak ediblər. Belə ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş” 8 may 2007-ci il, “Novruz bayramı münasibəti ilə” 17 mart 2009-cu il, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə” 7 may 2013-cü il və “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli amnistiya qərarların tətbiqi nəticəsində 500-dən çox hərbi qulluqçu cəzadan azad olunmaqla, hərbi xidmət yerlərinə qaytarılıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunda dövlət ittihamının müdafiəsi şöbəsinin rəisi, ədliyyə polkovniki Aydın Ələsgərov bildirib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cinayət təqibi üzrə icraatın tezliyinin və operativliyinin təmin edilməsi, eləcə də məhkəmə prosesində iştirak edəcək hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından ayrılmaması, onlara əlavə ezamiyyət xərclərinin verilməməsi məqsədilə məhkəmə baxışlarının hərbi hissələrdə səyyar qaydada keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə görülən işlərin səmərəliliyini daha da artırmaq üçün şöbə tərəfindən müəyyən tədbirlər görülüb.

Onun sözlərinə görə, məhz dövlət ittihamçılarının vəsatətləri əsasında hərbi məhkəmələr tərəfindən hərbi hissələrdə səyyar məhkəmə iclaslarının keçirilməsinin nəticəsi olaraq, son illər ərzində məsuliyyətə cəlb edilmiş hərbi qulluqçuların sayında, eləcə də qəsdən adam öldürmə və özünü öldürmə cinayət hadisələrinin sayında azalma müşahidə edilib.

A.Ələsgərov vurğulayıb ki, rəhbərlik etdiyi şöbə tərəfindən indiyədək bir sıra ağır və çoxepizodlu, eləcə də ictimai maraq doğuran cinayət işlərinin məhkəmələrdə baxılmasında dövlət ittihamının müdafiəsi təmin olunub: “Belə ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı və daha 24 nəfər mülkü şəxs və hərbi qulluqçuların təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş külli miqdarda mənimsəmə yolu ilə talamış, təkrarən rüşvət almış, dövlət vəsaitini israf etmiş, rəsmi sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı etmələri faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair, eləcə də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin mütəşəkkil dəstə tərkibində hakimiyyətdən və öz qulluq mövqelərindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə etmə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaları, külli miqdarda pul vəsaitləri və əmlakların ələ keçirilməsi faktına dair yüksək rütbəli zabitlərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işlərinə hərbi məhkəmələr tərəfindən baxılarkən, həmin işlərdə dövlət ittihamı yüksək keyfiyyətlə müdafiə edilmiş, verilmiş ittiham üzrə şəxslər tam təqsirli bilinərək, barələrində ittiham hökmləri çıxarılıb. Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə birinci instansiya hərbi məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan şöbə prokurorları mütəmadi olaraq apellyasiya protestləri verib, apellyasiya məhkəmələrinin müvafiq qərarları ilə həmin protestlərin tam əksəriyyəti təmin edilib”.

Ədliyyə prokuroru qeyd edib ki, şöbə prokurorları mövcud qanunvericiliyə, xüsusən də Cinayət Məcəlləsinə dəyişikliyin edilməsi ilə bağlı qanun layihələrinin hazırlanmasında fəal iştirak ediblər: “Cinayət Məcəlləsinin 50-ci maddəsinin keçmiş redaksiyasına əsasən, cəzanın məqsədlərinə nail olunmasında xüsusi əhəmiyyətə malik “hərbi xildmət üzrə məhdudlaşdırma cəzası”nın tətbiqi qeyri-mümkün idi. Çünki, qeyd olunan redaksiyada həmin cəzanın yalnız kontrakt (bağlaşma) əsasında xidmət keçən hərbi qulluqçulara təyin edilməsi nəzərdə tutulmuşdu. Lakin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinə əsasən Azərbaycan Silahlı Qüvvələrində kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçmə nəzərdə tutulmamışdı. Hazırlanmasında şöbə əməkdaşlarının yaxından iştirak etdiyi qanun layihəsi Milli Məclis tərəfindən qəbul edildikdən sonra, həmin cəza artıq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla, hərbi qulluqçulara geniş tətbiq edilir. Həmin dəyişiklik qüvvəyə mindiyi 2017-ci il 1 dekabr tarixdən bu günədək 200-dən çox şəxsə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsi nəticəsində Silahlı Qüvvələrdə ilk dəfə böyük ictimai təhlükə törətməyən ixtisaslı və hərbi təhsilli zabitlərin hərbi xidmətlərini davam etdirməklə cinayətə görə cəzalandırılması mümkün olub”.

Previous Post

Son 10 ildə 500-dən çox hərbi qulluqçu cəzadan azad olunub

Next Post

Hüseyn Abdullayevin həbs müddəti uzadıldı

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post
Hüseyn Abdullayevin həbs müddəti uzadıldı

Hüseyn Abdullayevin həbs müddəti uzadıldı

Hüseyn Abdullayevin həbs müddəti uzadıldı

Hüseyn Abdullayevin həbs müddəti uzadıldı

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.