Somalidə “Əş-Şəbab” terror təşkilatı əməliyyatı: 167 üzv zərərsizləşdirilib

95

Somalinin Muduq bölgəsində keçirilən əməliyyatda 167 terror təşkilatı Əl-Şəbab üzvü zərərsizləşdirilib.
Elchi.az xəbər verir ki, Somali İnformasiya Nazirliyindən verilən açıqlamada Muduq bölgəsinin Dumaaye qəsəbəsində Əl-Şəbab terror təşkilatına qarşı əməliyyat keçirildiyi bildirilib.
Açıqlamada əməliyyatda 3-ü təşkilat lideri olmaqla 167 terrorçunun öldürüldüyü, 87 terrorçunun yaralandığı, əməliyyatda terrorçuların yetişdirilməsi və hücumlara hazırlıq üçün istifadə edilən binanın dağıdıldığı bildirilib.
Bu arada əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin öldüyü və ya yaralandığı ilə bağlı məlumat paylaşılmayıb.
Somali prezidenti Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar həyata keçirən Əl-Şəbab qruplaşmasına qarşı mübarizə aparmaq qərarına gəlib.

Nuranə Məmmədova