Alman jurnalist Julian Röpke bildirib ki, Almaniya kansleri Olaf Şolz ölkəyə hava hücumundan müdafiə sistemləri göndərməklə Ukraynanın məğlubiyyətini sürətləndirir. Elchi.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Oktyabrın 5-də Şolz Almaniyanın Ukraynaya əlavə Patriot hava hücumundan müdafiə sistemi tədarük edəcəyini açıqlaylb.
Daha əvvəl Röpke polşalı hərbi ekspertlərə istinadən bildirib ki, Rusiya ordusu ən yaxşı əsgərlərini itirən Ukrayna ordusundan fərqli olaraq hər gün güclənir. Ekspertlərin fikrincə, Ukrayna tərəfinə indi ilk növbədə Qərb texnikası yox, qırıcılar lazımdır. Analitiklər Rusiya pilotsuz təyyarələrini də qiymətləndirərək, onların təkmilləşdirilməsini qeyd ediblər.
Havar Şəfiyeva