Skandal davam edir: Baydenin evində daha 5 gizli sənəd tapıldı

39

Ağ Ev ABŞ prezidenti Co Baydenin Delaverdəki evindən daha 5 məxfi sənədin tapıldığını açıqlayıb.

Elchi.az Trthaber.com.tr-yə istinadən bildirir ki, Baydenin məsləhətçilərindən biri olan Richard Sauber, çərşənbə günündən bəri Prezidentin Bayden Diplomatik Mərkəzində və Delaverdəki iqamətgahında ortaya çıxan sənədlərlə bağlı prosesi əks etdirən bir bəyanat verib.

Hər iki yerdə ələ keçirilən məxfi etiketli sənədləri araşdırmaq üçün Milli Arxiv və Ədliyyə Nazirliyi ilə əlaqələndirilmiş bir proses izlədiyini ifadə edən Sauber, Baydenin iqamətgahından ələ keçirilən məxfi sənədi almaq üçün cümə axşamı günü prezidentin iqamətgahına getdiyini söylədi.

Sauber bildirib ki, sənədlər orada Ədliyyə Departamentinin əməkdaşlarına təhvil verilib. Baydenin müşaviri açıqlamasında bildirib ki, Ağ Ev ədliyyə nazirinin təyin etdiyi xüsusi müşavirlə əməkdaşlıq edəcək.

Yeganə