Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Elchi.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zəfər Qəniyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Zəfər Qəniyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
Bakıda qətl hadisəsi baş verib. Elchi.az-ın xəbərinə görə, hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib. Məlumata görə,...





















Son şərhlər