Sinqapurda F-16 qırıcı təyyarəsi qalxma zamanı yaranan problem nəticəsində qəzaya uğrayıb və pilot oturacağı yerə ataraq xilas edilib.
Elchi.az xəbər verir ki, Sinqapur Müdafiə Nazirliyindən verilən açıqlamada Sinqapur Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarəsinin qalxış zamanı problem yaşadığı, təyyarənin qısa müddət sonra Tengah Hava Bazasında qəzaya uğradığı bildirilib.
Açıqlamada pilota ilkin tibbi yardım göstərildiyi və qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.
Açıqlamada qəzada başqa xəsarət alanların olmadığı bildirilib və ölkədə belə qəzaların son dərəcə nadir olduğu qeyd edilib.
Nuranə Məmmədova