Simonyan: “Biz KTMT-ni deyil, KTMT bizi tərk edir”

45

“Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq. Regionu tərk edən KTMT-nin özüdür və bundan narahatıq”.

Elchi.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə noyabrın 24-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb.

“Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiklərini soruşmaq gərəkdir. Əgər belədirsə, o zaman bunu yüksək səslə bəyan etmək lazımdır”, – deyə, o əlavə edib.

Simonyanın sözlərinə görə, bu gün KTMT-yə üzv olan Ermənistanın “ərazisində” üçüncü dövlətin, Azərbaycanın qoşunları var.

“Təşkilata üzv ölkələr bununla necə barışa bilirlər, anlamıram”, – deyə, Ermənistan parlamentinin spikeri bildirib.(musavat)