Şimali Koreyanın paytaxtı karantinə alınıb

35

Şimali Koreyanın paytaxtı Pxenyanda yoluxma hallarının artması ilə əlaqədar beş günlük karantin rejiminə qərar verilib.

Elchi.az xarici mediaya istinadən bildirir ki, şəhər sakinlərinə bazar gününün sonuna qədər evdə qalmaları və hər gün bir neçə dəfə hərarətlərini ölçmələri bildirilib.

Qeyd edək ki, Şimali Koreya 2022-ci ildə ilk dəfə ölkədə COVID-19 epidemiyasının olduğu etiraf edib, lakin avqust ayında virusa qalib gəldiklərini bildiriblər.

Yeganə