Şimali Koreya bildirib ki, “super böyük döyüş başlığı qanadlı raketi” sınaqdan keçirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkədəki Baş Raket İdarəsi Sarı dənizdə həyata keçirilən sınaqlarla bağlı açıqlama verib.
Açıqlamada “super böyük döyüş başlıqlı qanadlı raket” adlandırılan raket üçün sınaqların keçirildiyi və sınaqların yeni tip silah sistemlərinin müxtəlif aspektlərinin sürətli inkişafı üçün aparıldığı bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, yeni tip zenit raketi qərb sahillərinə buraxılıb.
Şayəstə Hüseynova