Şimali Koreyada doğum nisbəti azalıb. Analarla görüş keçirən Şimali Koreya lideri Kim Çen In daha çox uşaq dünyaya gəlməsini istəyib. Onun həmin görüşdə ağladığı anlar maraqlı görüntülər yaradıb.
Şimali Koreya lideri ağlayıb. Onu dinləməyə gedən analar da göz yaşlarına boğuldu.
Elchi.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Pxenyanda keçirilən Milli Analar Toplantısında iştirak edib. O, ölkədə doğum səviyyəsinin azaldığına diqqət çəkib.
O, problemin həlli üçün anaların dəstəyinə ehtiyac olduğunu deyib və Şimali Koreyanı gücləndirmək üçün daha çox uşaq dünyaya gəlməsini istəyib.
Şimali Koreya lideri Kim Çen In çıxış edərkən emosiyalarına hakim ola bilməyib və ağlayıb. Göz yaşlarını sildi.
Şimali Koreya liderini dinləyən qadınların da ağladığı görülüb.
Şayəstə Hüseynova