Şimali Koreya həbsxanalarda ailə ziyarətlərini dayandırıb

109

Şimali Koreya hökumətinin ölkədəki bütün həbsxanalarda ailə ziyarətlərini dayandırdığı bildirilir.

Elchi.az xəbər verir ki,adının çəkilməsini istəməyən Şimali Koreyalı mənbəyə əsaslanan Seulda yerləşən Daily NK internet saytının xəbərinə görə, Şimali Koreya hakimiyyəti “ölkədəki mürəkkəb siyasi şəraiti” əsas gətirərək həbsxanalarda ailə ziyarətlərinin dayandırılmasını əmr edib.

Mənbə bildirir ki, “camaat düşmənlərinin müharibə qızışdırması səbəbindən orduya qoşulmaq üçün təşkilatlanıb”, ona görə də bu mürəkkəb şəraitdə həbsxanalarda nizam-intizamın gücləndirilməsi barədə göstəriş verilib.
Mənbə bildirib ki, gündəlik kənd təsərrüfatı işləri üçün tarlaya göndərilən məhbusların sayı da azaldılıb, qalan məhbuslar isə kameralarında sosialist quruluşunu öyrənmək üçün təlim keçiblər.
Tarlada işləyən məhbuslar arasında şübhəli hərəkət edənlərə “vur əmri” verildiyini qeyd edən mənbə əlavə edib ki, ailələrin məhbuslara göndərdiyi bağlamaların yoxlanılması şərti ilə hələlik qəbuluna icazə verilir.

Nuranə Məmmədova