Şimali Koreya Cənubi Koreya ilə birləşmənin simvolu olan Yenidən birləşmə tağını sökdü. Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti peyk görüntülərinə istinadən məlumat yayıb.
“Son həftələrdə tonu nəzərəçarpacaq dərəcədə döyüşkən olan Kim Conq Un əlində Koreya yarımadasının konturunu əks etdirən emblem tutan iki qadının təsvir olunduğu beton arxı “göz yarası” adlandırıb.
Müəlliflər həmçinin bildiriblər ki, Şimali Koreyanın hərəkətləri Cənubi Koreyada narahatlıq yaradır və Pxenyanın siyasi kursunun dəyişməsi anlamına gələ bilər. Mümkün səbəblərdən biri ABŞ-da keçiriləcək prezident seçkiləridir.
Qeyd edək ki, Yenidən birləşmə tağı 2001-ci ildə Şimali və Cənubi Koreya liderlərinin ilk dəfə görüşdüyü ilk Koreyalararası sammitin şərəfinə tikilmiş abidədir. Abidədə ənənəvi paltar geyinmiş iki koreyalı qadın əllərində vahid Koreyanın xəritəsini tuturlar.
Havar Şəfiyeva