KXDR ordusu cümə günü, yanvarın 5-də yerli vaxtla saat 9:00-dan Cənubi Koreyanın Panqnendo və Yeonpyonqdo adaları ərazisində iki saat ərzində 200-dən çox sahil artilleriya mərmisi atıb. Elchi.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, Cənubi Koreya tərəfində hər hansı dağıntı qeydə alınmayıb, mərmilər nəticəsində itki yoxdur. Mərmilər Şimali Koreya ərazisinə düşüb.
Zərbə sahəsi faktiki Koreyalararası dəniz sərhədi olan Şimal Limit Xəttinin şimalında yerləşir.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In nüvə müharibəsi zamanı KXDR ordusunun hərəkətləri barədə danışıb. onun fikrincə, bu halda qoşunlar 38-ci paraleli – Cənubi Koreya ilə sərhədi keçməyə hazır olmalıdır.
Havar Şəfiyeva