Si Cinping, Bayden üçün Çinin qırmızı xəttini çəkir

43

Çin lideri Si Cinping ABŞ prezidenti Co Baydenə amerikalıların keçməməli olduğu qırmızı xətti göstərib.
Elchi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
G20-nin sonuncu sammiti çərçivəsində Si ABŞ rəhbəri ilə görüşüb. İki ölkə lideri arasında söhbət zamanı Si Cinpinq Baydenə keçilməməsi lazım olan əsas qırmızı xətti göstərib. Məlum oldu ki, söhbət Tayvan məsələsindən gedir. Çin Xarici İşlər Nazirliyi bildirir ki, Si Tayvanı ölkənin əsas marağı və “siyasi təməli” adlandırıb.
Çin lideri Baydenə xəbərdarlıq edib ki, əsas qırmızı xətti keçmək ABŞ-Çin münasibətlərinin pisləşməsinə səbəb ola bilər.

Şayəstə