Sevim Ukraynaya tankların göndərilməsi qərarını “tarixi səhv” hesab edir

38

Siyasətçi qeyd edib ki, bu, ABŞ-ın Almaniyaya təzyiqi nəticəsində mümkün olub.
Elchi.az xəbər verir ki, Almaniyanın Ukraynaya “Leopard” tankları göndərmək və digər dövlətlərə də eyni şeyi etməyə icazə vermək qərarı “tarixi baxımdan yanlışdır” – NATO Parlament Şurasının üzvü, Sol Partiyadan Bundestaqın üzvü Sevim Dağdelen deyib.
“Ukraynaya döyüş tankları göndərmək qərarı tarixən yanlış qərardır. Və bu, ABŞ-ın Almaniyaya təzyiqi ilə mümkün oldu”, – deyə o bildirib.
Eyni zamanda, rəy sorğularına görə, parlamentari qeyd edib ki, almanların əksəriyyəti bu qərara qarşıdır.
Bundan əvvəl Almaniya “Leopard 2” tanklarının 3-4 aydan gec olmayaraq Kiyevə çatdırılacağını açıqlamışdı.

Şayəstə