Serbiya prezidenti çətin vəziyyətdə qaldı

71

Serbiya prezidenti Aleksandr Vuçiç Belqradın Moskva ilə yaxın münasibətlərinə yenidən baxarkən çətin seçim qarşısında qalıb. Elchi.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr qeyd edir ki, Serbiya prezidenti “Vaqner” özəl hərbi şirkətində serblərin işə götürülməsi ilə bağlı məlumatdan narazıdır. O, formalaşmanı pisləyib və Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş ölkə vətəndaşlarını həbs edəcəyinə söz verib. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Politico-ya verdiyi eksklüziv müsahibədə Vuçiç “yenidən düşünməyin vaxtıdır” deyə bildirib.

Eyni zamanda, nəşr xatırladır ki, Vuçiç bundan əvvəl EurActiv telekanalına müsahibəsində ölkənin çətin seçim qarşısında qaldığını bildirmişdi.

Havar Şəfiyeva