Serbiya Prezidenti Azərbaycana səfər edəcək

64

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç martın əvvəlində Azərbaycana səfər edəcək.

Bu barədə Elchi.az-ın sorğusuna cavab olaraq Serbiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Serbiya liderinin səfəri çərçivəsində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasında iştirakı planlaşdırılır.