Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.
Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir
ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə danışıqları çox məhsuldar adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ lideri...





















Son şərhlər