Şarl Mişeldən üçtərəfli görüşlə bağlı İLK AÇIQLAMA – YENİLƏNDİ

373

Üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.

Elchi.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

“İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik”, – Şarl Mişel bildirib.

xxx

20:32

Aİ Ermənistan və Azərbaycana hərtərəfli normallaşma yönündə yardım etmək işinə sadiqdir.

Elchi.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

“Biz tərəflərin birgə səylərinə töhfə verməyə davam edəcəyik”, – qurum rəhbəri əlavə edib.

Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub.

Görüş Bakı vaxtı ilə 15:00 başlayıb və 4 saatdan çox davam edib.

xxx

20:30

Azərbaycan və Ermənistan liderləri Almatı bəyannaməsinə sadiqliklərini ifadə ediblər.

Elchi.az xəbər verir ki, bunu Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatından deyib.