Şarl Mişel Zelenski ilə görüşdü

40

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Elchi.az xəbər verir ki, görüş Kiyevdə baş tutub.

Zelenski görüşün təfərrüatları ilə bağlı teleqram hesabında məlumat verib:

“Əlaqələrimizin güclənməsi istiqamətində mühüm nəticələr əldə edilib. Biz daha böyük uğurlara nail olmaq üçün çalışırıq”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Aİ Şurasının Prezidentini Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası məsələləri üzrə Baş nazirin müavini Olqa Stefanişina qarşılayıb.(Qafqazinfo)