Sanksiyalar ABŞ və Rusiya arasında təmaslara təsir edə bilməz

78

ABŞ-ın anti-Rusiya sanksiyaları xüsusi xidmət orqanları vasitəsilə Moskva ilə Vaşinqton arasında təmaslara təsir edə bilməz. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov əməkdaşlığa təsir göstərəcək məhdudiyyətlərin mümkünsüzlüyündən danışıb.

“Amerikalılar bəzi qərarlardan imtina edə bilərlər, bu, bizim üçün heç də problem deyil”, – diplomat bildirib. O əlavə edib ki, Rusiya tərəfi lazımi məlumatları istənilən vaxt fəaliyyətdə olan kanallar vasitəsilə çatdıra bilər.

“Birləşmiş Ştatlar vaxtaşırı bizim təşkilatlarımızı sanksiyalara məruz qoyur, bu, müvafiq siqnallar göndərmək və beynəlxalq ictimaiyyəti gücləndirmək üçün sırf siyasi məqsədlər üçün baş verir”, – Ryabkov vurğulayıb.

Havar Şəfiyeva