Sanksiya malları Rusiyaya bu yolla daxil olur

101

İqtisadiyyat üzrə Avropa komissarı “ticarət yolu ilə sanksiyalardan yayınmanın müəyyən formaları” haqqında deyib.
Elchi.az xəbər verir ki, Avropa Komissiyasının İqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni Avropa İttifaqının Gömrük İttifaqında islahatlara dair təkliflərini təqdim edərək bildirib ki, Avropa İttifaqı Avropa İttifaqından bəzi Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstan, Qırğızıstan və Ermənistana ticarət axınında şübhəli artım qeydə alır.
“Ticarət yolu ilə sanksiyalardan yayınmağın müəyyən formaları var. Biz dünən Aİ-nin İqtisadi və Maliyyə Şurasında nazirlərə məlumatları təqdim etdik: Aİ-dən bir sıra Mərkəzi Asiya ölkələrinə ixracda aşkar artım var”, – deyə Avropa komissarı bildirib.
Gentiloni Avropa İttifaqından Qazaxıstana ixracda 185 milyon avro, Qazaxıstandan Rusiyaya ixracda isə 186 milyon avro artım müşahidə etdiklərini qeyd edib. “Mən heç kimə barmaqlarımı göstərmirəm, amma bu, göz qabağındadır”, o əlavə edib.

Şayəstə Hüseynova