Sandu torpaq yoldan istifadə edərək etirazçıların ətrafında dolaşmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, Qaqauziyada Vulkanesti-Kişinov yüksək gərginlikli elektrik xəttinin açılış mərasimində muxtariyyətə gələn Moldova prezidenti Maia Sandu etirazçılar qarşılayıb.
GagauzNews xəbər verir ki, Konqaz kəndinin onlarla sakini dövlət başçısının gəlişindən xəbər tutan kimi yola çıxıb. Beləliklə, insanlar Sandunun gəlişinə qarşı çıxdılar, həm də onun işinin nəticələrindən narazı qaldıqlarını bildirdilər.
“Bundan əlavə, insanlar hökumətin Qaqauziyaya qarşı qərəzli hərəkətlərinə etiraz edirlər”, – nəşr qeyd edib.
Aksiyaların videoları Qaqauz və Moldova KİV-lərinin Telegram kanallarında təqdim olunur. Muxtariyyət sakinləri yolların kənarında hökumət əleyhinə şüarlar yazılmış plakatlarla dayanırlar.
Bildirilir ki, Sandu torpaq yolda etirazçıların ətrafında maşın sürmək qərarına gəlib.
Ötən gün Moldova parlamentinin Qaqauz muxtariyyətini təmsil edən müstəqil deputatı Aleksandr Suxodolski Rusiya ilə Moldova arasında siyasi qarşıdurma olduğunu bildirib. Onun sözlərinə görə, Kişinyov bu məsələdə Qərb elitasının məsləhəti ilə hərəkət edir.
Şayəstə Hüseynova