"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şamaxı rayon Çarhan Bələdiyyəsinə seçilmiş lider namizəd Nicat Mahmudovun Ölkə prezidenti İlham Əliyev cənabına MÜRACİƏTİ

09 Yanvar 2020 - 13:57
in CƏMİYYƏT
FacebookVatsap

Hörmətli cənab Prezident!

Bunu da oxuyun

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Sizin qətiyyətinizin və siyasi iradənizin məntiqi nəticəsi olaraq bu gün ölkəmizdə bütün sahələrdə inqilabi islahatlar həyata keçirilir. Siyasi-iqtisadi proseslərin demək olar ki,bütün sahələrini əhatə edən bu islahatlar uzun illər idarəçilikdə kök salmış bürokratik-korrupsioner şəbəkənin uğurla çökdürülməsinə hesablanıb və əminliklə demək olar ki, məqsədə nail olunub. Azərbaycan xalqı hər zaman olduğu kimi sizin siyasi kursunuzu yekdilliklə dəstəkləyir və bunu növbəti dəfə 23 dekabr tarixli Bələdiyyələrə seçkilərdə ifadə etdi.

Sizin idarəetmədə gənclərə daha geniş meydan açmanız, kadrların saflığı uğrunda mübarizəniz hər kəsdə böyük ümidlər doğurub. Elə 23 dekabr seçkilərində xalqımızın gənclərə verdiyi böyük dəstək də bunun sübutudur. Şamaxı rayon Çarhan bələdiyyəsinə seçilən bütün üzvlər, o cümlədən də mən bizə göstərilən bu yüksək etimadı doğrultmaq üçün var gücümüzlə çalışacağımıza söz vermişik. Təbii ki, bizə güc verən sizin dəstəyiniz və hər bir Azərbaycan vətəndaşının mənafelərinə hesablanmış siyasi kursunuzdur.

Cənab Prezident!

Vəzifəyə yeni təyin etdiyiniz məmurları qəbul edərkən onlara verdiyiniz tapşırıqlar bir idarəetmə məktəbi, dərslikdir. Yalnız xalqın mənafelərinin qorunmasını ifadə edən bu tələblər bizim üçün də fəaliyyət proqramı, gündəlik iş prinsipidir. Üzv seçildiyimiz Çarhan bələdiyyəsində illərlə həllini gözləyən problemlərin həll olunmasında bizə dəstək olacağınıza, bizə göstərilən etimadın doğrulmasına yardım edəcəyinizə ürəkdən inanırıq.
Çarhan bələdiyyəsinə daxil olan ərazilərdə problemlərin həlli daxili imkanlar hesabına mümkün deyil. Regionların inkişafına böyük diqqət yetirildiyi bir zamanda Çarhan bələdiyyəsində çox ciddi problemlər hökm sürür. İnsanların adi məişət qayğılarını, təhsil,istirahət hüquqlarını burada təmin etmək artıq mümkünsüz hala gəlib. Kəndimiz sovetlər dövründən qalmış uçuq-sökük binaların xatirə muzeyinə bənzəyir-burada son illərin inkişaf tendensiyasından heç bir əlamət yoxdur. Yolsuzluq,susuzluq,məktəb və mədəniyyət evinin, tibb məntəqəsinin acınacaqlı durumu Çarhanın bu günkü real mənzərəsidir.
Rayon mərkəzindən Çarhan kəndinə qədər olan yol normal vəziyyətdə olsa da kənd içi,eləcə də Çarhan Bələdiyyəsinə aid olan Nüydü və Sabirli kəndlərinin arası olan yollar bərbad vəziyyətdədir. Azacıq yağış yağan kimi keçilməz olan bu yollarda hərəkət demək olar ki,mümkünsüzdür. Məktəblilərin bu yollarda hərəkəti isə xüsusilə təhlükəlidir. Amma diqqətinizə çatdırıram ki, Çarhan məktəblilərini təhlükə təkcə yollarda izləmir. Onları ən böyük təhlükə elə məktəbdə gözləyir.

Cənab Prezident!

Çarhan kəndində fəaliyyət göstərən məktəblər sadəcə olaraq faciəvi və təhlükəli durumdadır. Müasir Azərbaycanın təhsil uğurları ilə heç bir uyğunluq təşkil etməyən bu məktəb binalarında dərs keçmək böyük qəhrəmanlıqdır. Övladlarını məktəbə yola salan valideynlər onların sağ-salamat geri dönməsi üçün dua edirlər. Sizə müraciət edərək həyacan siqnalı veririk. Çarhan məktəblərinin durumu batan gəminin vəziyyətini xatırladır-lütfən bizim “SOS” siqnalımıza cavab verin. Uçuq-sökük sinif otaqları, çat verən divarlar,çürük tavan və döşəmə,soyuq otaqlar…Bunlar hansısa döyüş filminin epizodları deyil, Çarhan məktəblərinin mövcud durumudur. İnanırıq ki, şəxsən sizin müdaxilənizlə, Mehriban xanımın dəstəyi ilə Çarhan kəndində də müasir tələblərə cavab verən məktəb binası tikiləcək,şagirdlərin normal təhsil alması təmin olunacaq.
“Su həyatdır” deyiblər. Bu baxımdan da Çarhan kəndinin bəxti gətirməyib. Kənd əhalisinin uzun illərdir ki, əziyyət çəkdiyi su problemi həll olunmamış qalmaqdadır. Dəfələrlə Yaponiya Səfirliyinin xətti ilə kəndin su probleminin həllinə cəhd edilsə də görülən işlər ölçüb biçmədən o tərəfə getməyib. Sakinlərə vəd verilsə də su verilməyib. 3 mindən çox sakinin yaşadığı kəndin su təchizatı bir neçə sısqa bulağın ümidinə qalıb. İnsanlar uzaq məsafədən bu bulaqlara gələrək saatlarla növbə gözləyir, bir səhəng su aparmağa nail olurlar. Yağışlı havalarda kəndin keçilməz yollarında bunun hansı əzablar hesabına başa gəldiyini təsəvvür etmək heç də çətin deyil. Dağlardan kəndə gələn su borularına o qədər yamaq vurulub ki, artıq bu çürük borulara qaynaq da etmək mümkün deyil. Çarhan kəndinin köhnə su boruları yenilənəcəyi günün həsrətini çəkə-çəkə çürüyüb gedib-amma sudan hələ ki,bir xəbər yoxdur. Sizdən xahiş edirik ki, bu problemin həll olunmasında da bizə öz köməyinizi əsirgəməyin.

Cənab Prezident!

Bu gün gənclərin asudə vaxtının təşkili,onların zərərli vərdişlərdən uzaq olması üçün ciddi tədbirlər görülməlidir. Kəndimizdə olan Mədəniyyət evində mədəniyyət elə yalnız onun adında qalıb. Çox acınacaqlı durumda olan binada nəinki tədbirlər keçirmək mümkündür, adam onun yanından “bismillah”la keçir ki, uçub tökülməsin. Nəzərinizə çatdıraq ki, Çarhan bələdiyyəsi də elə bu binada fəaliyyət göstərir. Bir balaca külək əsəndə binanın uçma təhlükəsindən həyacan keçiririk.
Bildirək ki, heç tibb məntəqəmiz də öz vəziyyətinə görə mədəniyyət evindən geridə qalmır. Tibb məntəqəsinin rəhəbrliyi daxili imkanlar hesabına əlindən gələni əsirgəməməsinə baxmayaraq bu binada nəinki müalicə olunub sağalmaq mümkündür,əksinə xəstələr qorxudan oraya yaxın da gəlmir. Obrazlı şəkildə desək ilk əvvəl Çarhanın tibb məntəqəsini “müalicə” etmək lazımdır ki, xəstələr çəkinmədən oraya gəlsinlər.

Cənab Prezident!

Sizə və Azərbaycan mədəniyyətinin,təhsilinin,səhiyyəsinin böyük hamisi Mehriban xanıma müraciət edərək sadaladığımız problemlərin həllində bizə yardım etmənizi xahiş edirik. Biz bələdiyyə seçkilərinə sizin siyasi kursunuza sadiq qalaraq və inanaraq qatılmışıq. Eyni zamanda seçicilərin etimadını özümüzə yox,sizin siyasi kursunuza verilən dəstək hesab edirik. Bələdiyyə üzvü olaraq bu yola sizin siyasi kursunuzu rəhbər tutaraq çıxmışıq,bu yolda ən böyük dəstəyi də sizdən gözləyirik. İnanırıq ki, Çarhan kəndinin həllini gözləyən problemlərinin çözülməsində bizim səsimizə səs verəcək, yardımızını əsirgəməyəcəksiniz!

Cənab Prezident!

Bələdiyyə üzvü seçilərkən kəndimizin sosial-iqtisadi inkişafını təmin etmək üçün bir çox layihələr hazırlamışıq. Buraya heyvandarlığın, balıqçılığın inkişaf etdirilməsi, həmçinin kənd sakinlərinin məşğulluğunun təmin olunması üçün yeni istehsal sahələrinin – xalça istehsalının formalaşdırılması daxildir.
Çarhan bələdiyyəsinin ərazisi əkinçilik və maldarlıq üçün çox əlverişlidir. Əkin sahələrinin və örüş-otlaq ərazilərinin olması bu sahələrin dinamik inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Həmçinin ərazidə olan süni su obyektləri burada balıqçılıq təsərrüfatının yaradılmasını mümkün edir.
Çarhan kəndi tarixən xalçaçılığın inkişaf etdiyi ərazilərdən olub. Kəndimizdə toxunan bir çox qədimi xalçalar bu gün də muzeylərin bəzəyidir. Bu qədim sahəni yenidən dirçəltmək kənddə onlarla insanın iş yerləri ilə təmin olunmasına şərait yaradır.
Əgər bütün layihələrimizi reallaşdıra bilsək, tezliklə bələdiyyəmizin ərazisində olan bir çox problemləri daxili imkanlarımız hesabına həll edə bilərik. Bunun üçünsə təbii ki, maliyyə dəstəyinə ehtiyacımız var. Yuxarıda sadaladığımız proqramları həyata keçirmək üçün bankların az faizlə bələdiyyəyə uzunmüddətli kreditlər ayırmasını təmin etmək lazımdır. İnanırıq ki, siz də bu işdə bizə yardımçı olacaq, nəzərdə tutduğumuz layihələri reallaşdırmaq üçün kreditlər əldə etməmizi təmin edəcəksiniz.

Cənab Prezident!

Sizin son dövrlərdə Şamaxıya etdiyiniz ardıcıl səfərlər rayonumuzun tarixində mühüm hadisələrə çevrilib. Rayona göstərdiyiniz yüksək diqqət nəticəsində sosial-iqtisadi sahələrdə böyük uğurlar əldə edilib. Yeni istehsal müəssisələri açılır, abadlıq-quruculuq işləri geniş vüsət alır. Əminliklə söyləmək olar ki, qədim Şirvan torpağı öz tarixinin intibah dövrünü yaşayır.
Tərəfinizdən rayona rəhbər təyin olunan Tahir Məmmədov göstərdiyiniz etimadı yüksək səviyyədə doğruldur. İcra başçısı təyin olunandan indiyə qədər rayonda görülən işlər dediklərimizin əyani sübutudur. Tahir müəllim hər bir rayon sakininin problemlərinə həssaslıqla yanaşır, mütəmadi qəbullar həyata keçirir. Onun Çarhan kəndinə göstərdiyi diqqət və qayğı danılmazdır. Lakin qeyd etdiyimiz problemlərin həll olunması onun da imkanları xaricindədir. Sadəcə onun da imkanları xaricində olan böyük dəstəyi sizdən gözləyirik. Rayonumuz, kəndimiz üçün böyük dəyişikliklərə səbəb olacaq layihələrimizi reallaşdırmaq üçün sizə güvənirik.

Mən uzun illər media sahəsində fəaliyyət göstərmiş, hər zaman dövlətçilik mövqeyindən çıxış etmiş,bacardığım qədər Ümummilli liderin, onun layiqli davamçısı İlham Əliyevin siyasi kursunun təbliğinə və müdafiəsinə çalışmışam. Hələ Rubrika.az saytına rəhbərlik etdiyim zaman, növbədənkənar parlament seçkilərinə yenicə start verildiyi vaxt xüsusi təkliflə çıxış etdim. Mən bütün xalqımızın, gənclərin arzusunu dilə gətirərək Heydər İlham oğlu Əliyevin deputatlığa namizədliyinin verilməsinə çağırış etdim,bunu zamanın tələbi,gəncliyin səsi kimi qiymətləndirdim. Hesab edirəm ki, Heydər Əliyev bu gün Azərbaycan gənclərinin ən layiqli lideridir-bu heç də onun prezident oğlu olmasından yaranan statusu deyil. Bu Heydər Əliyevin mənəvi-əxlaqi keyfiyyətlərindən,yüksək intellektindən və siyasi bacarığından doğan statusdur! Onun həyat tərzi və səmimiliyi, əxlaqi keyfiyyətləri hər bir gəncə örnəkdir. Prezidentin oğlu olmaq statusundan doğan məsulıyyəti Heydər Əliyev həm də milli-mənəvi əxlaq kodeksinə çevirməyi bacarıb. Bu mənada o hər bir vətəndaşın yüksək etimadını və sevgisini qazanıb. Məhz bütün bunları əsas götürərək mən istənilən bir dairədən H.Əliyevin millət vəkilliyinə namizədliyinin verilməsi təşəbbüsü ilə çıxış etdim.
Təəssüf edirəm ki, siyasi intriqalara və vəzifə bölgülərinə başı qarışanlar mənim bu təklifimi dəyərləndirmədilər. Düşünürdüm ki, bu arzu cəmiyyətin tələbi kimi reallaşdırılacaq, Azərbaycan gəncliyinin ən ideal nümayəndəsi parlamentdə təmsilçilik hüququ qazanacaqdır.
Bu təklifi səsləndirərkən biz hansısa şəxsi maraqları nəzərə almamışıq, kimsədən nəsə ummamışıq. Məqsədimiz yüz minlərlə gəncin arzusunu dilə gətirmək, cəmiyyətin çağırışını çatdırmaq idi. Heydər Əliyevin buna heç ehtiyacı da yoxdur, amma Azərbaycan gəncliyinin bir lider kimi ona ehtiyacı var! Təəssüf edirəm ki, başı vəzifə bölgülərinə qarışanlar bu arzunu reallaşdırmadılar, bu çağırışa cavab vermədilər. Amma, bütün statuslarda Heydər İlham oğlu Əliyev Azərbaycan gəncliyinin lideridir.

Previous Post

Şamaxı rayon Çarhan Bələdiyyəsinə seçilmiş lider namizəd Nicat Mahmudovun Ölkə prezidenti İlham Əliyev cənabına MÜRACİƏTİ

Next Post

Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır

Bənzər yazılar

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48

15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat...

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

Next Post
Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır

Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır

Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır

Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır

Son xəbərlər

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

10 Oktyabr 2026 - 10:16
Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.