Şakira Pikeyə qəzəbləndi

50

“Twitch”də canlı yayımda doqquz yaşlı oğlu Milanın Pikenin yanında çıxış etməsi Şakiranın o qədər də xoşuna gəlməyib.

Elchi.az bildirir ki, İspaniya mətbuatı kolumbiyalı müğənni Şakiranın həyat yoldaşının onun icazəsi olmadan bunu etdiyinə qəzəbləndiyini yazıb. Bundan başqa, Şakira ölkənin müxtəlif KİV-lərinə məktublar yazıb.

Pike özünün yeni espor layihəsi olan “Krallar Liqası”nın başlamasına həsr olunmuş canlı yayımda iştirak edib və oğlu Milanın son anda bu layihədə iştirak etməyi xahiş etdiyini bildirib.

Pərəstişkarları keçmiş cütlüyün oğlunun kamera önündə özgüvəninə münasibət bildirsələr də, Şakira bu addımı tənqid edib.

İspaniyanın KİV-i Şakiranın heç bir halda Pikeyə əvvəlcədən razılıq vermədiyini bildirib. O mətbuata açıqlamasında oğlu Milanın böyüklər üçün nəzərdə tutulan mövzunun müzakirəsində iştirakını bəyənmədiyini və Pikenin onunla məsləhətləşmədiyini qeyd edib.