Şahzadə Harrinin mübahisəli memuar kitabı “Ehtiyat” satışa çıxarılıb

65

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu Şahzadə Harrinin qalmaqallı xatirəsi “Spare” rəflərdə yerini alıb.
xəbər verir ki, İngiltərənin paytaxtı Londonda bəzi kitab mağazaları Şahzadə Harrinin kitabı satışa çıxdıqdan sonra tələbatı ödəmək üçün gecə yarısı açılıb.
Kitabı ilk alanlardan olmaq istəyənlər paytaxt Londonun Viktoriya stansiyasındakı kitab mağazasında növbəyə düzülüb.
Böyük Britaniyanın “Waterstones” kitab mağazası şəbəkəsi Şahzadə Harrinin kitabının “10 il ərzində ən çox sifariş edilən kitablardan biri” olduğunu bildirib.

Şayəstə