"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Sahibə Qafarova Səudiyyə Ərəbistanının Baş prokuroru ilə görüşüb

12 May 2022 - 15:48
in SİYASƏT
FacebookVatsap

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən xəbərə görə,, Sahibə Qafarova bildirib ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

Sahibə Qafarova bu səfərin yüksək səviyyəli münasibətlərin nümunəsi olmaqla yanaşı, Azərbaycanın və Səudiyyə Ərəbistanının prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

Milli Məclisin sədri iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu və bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında bu münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini xatırladıb. Spiker qeyd edib ki, münasibətlərimiz bu illər ərzində dinamik inkişaf yolu keçib, əməkdaşlığımız daha da genişlənib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də çox səmərəli əməkdaşlıq edirlər: “Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndiririk”.

Parlamentlərarası münasibətlərimizin yüksək səviyyədə olmasını vurğulayan spiker qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrinin genişləndirilməsində ölkələrin ali qanunverici orqanları müsbət rol oynamaqdadır. Bu baxımdan hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının işi təqdirəlayiqdir.

Görüşdə Sahibə Qafarova qonağa Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra bölgədə yaranmış yeni reallıq barədə də məlumat verib. Bildirib ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərimizdə olub, hər şeyi öz gözləri ilə görüblər.

Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. Bildirib ki, Səudiyyə Ərəbistanı və Azərbaycanın dostluğu sarsılmazdır. Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycan Baş prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışıb.

O, “Expo” sərgisinin 2030-cu ildə Səudiyyə Ərəbistanında keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə ölkəsində qadınların Şura Məclisində, hökumət qurumlarında və prokurorluq orqanlarında təmsil olunduqlarını deyən Baş prokuror Səudiyyə Ərəbistanında qadınların ölkə həyatının bütün sahələrində iştirakına böyük önəm verildiyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı ölkə başçısının rəhbərliyi altında görülən işləri və qazanılan nailiyyətləri təqdir edib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Respublika Baş Prokurorluğunun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Previous Post

Sahibə Qafarova Səudiyyə Ərəbistanının Baş prokuroru ilə görüşüb

Next Post

Sabahın hava proqnozu

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Havanın keyfiyyət göstəriciləri yüksəlib

Sabahın hava proqnozu

Stoltenberq: “Finlandiyanın NATO-ya üzvlüyü hamar və sürətli olacaq”

Stoltenberq: “Finlandiyanın NATO-ya üzvlüyü hamar və sürətli olacaq”

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.