"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sabunçu Rayon İcra Hakimiyyəti sahibkarın maşınlarını əlindən alıb

18 Sentyabr 2014 - 15:33
in XƏBƏR LENTİ
FacebookVatsap

Himg1414278əmzə Həmidov: “Həmin maşınları idarə edən sürücülərin ailələri acdır, uşaqlarına məktəb paltarı ala bilməyiblər”

Bunu da oxuyun

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Qaradağ rayonu Lökbatan qəsəbə sakini Həmidov Həmzə Sarastan oğlu Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevdən şikayət edir. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Həmzə Həmidov qanunsuzluqla üzləşdiyini deyir: “Oğlum Azər Həmidov ağır yük maşını idarə edir. O, iyun ayının 22-də dostlarından birinin xahişi ilə onun Maştağa qəsəbəsi Ləhic bağları adlanan ərazidə yerləşən həyatyanı sahəsinin tikinti işlərinə kömək məqsədilə ora gedib. Dostu ev üçün qazılan bünövrədən çıxan tullantıları daşıtdırmaq istəyirmiş. Oğlum Azər dostunun xahişini yerinə yetirib. Azər və iki nəfər başqa maşın Qaradağdan karyerdən xırda daş aparıblar ki, bünövrəyə töküb yerini hamarlasınlar. Bu işləri görüb tullantıları maşına yığıb yola çıxarkən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hər üç maşını saxlayıb. Onlar deyib ki, guya oğlum qum oğurlayıb. Bundan sonra sürücüləri Sabunçu Rayon Polis İdarəsinə aparıblar. İdarə rəhbərliyi hər birinin dəyəri 62 min manata olan “Hova” markalı maşınları Sabunçu Mənzil-Kommunal Təsərrüfat Birliyinin qarajına göndərib. Avqust ayının 7-də isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi cərimələri ödədik. Maşınların hər birinə görə, dövlətin büdcəsinə 600 manat pul keçirdik. Həmin tarixdən indiyə qədər icra başçısının qəbuluna girmək istəmişəm, amma buraxmayıblar. Maşınlar hələ də birliyin qarajında saxlanır. İcra hakimiyyətinin rəsmiləri deyir ki, bu məsələ bizlik deyil. Halbuki, maşınlar birliyin qarajındadır. Əgər bu iş sizlik deyilsə, maşınlar niyə qarajdadır?”. Şikayətçi deyir ki, bu ayın 12-də min bir müsibətdən sonra icra başçısının qəbuluna düşə bilib: “Məndən başqa bir nəfərin də maşınını tutub həmin qaraja salmışdılar. Onunla bir yerdə başçının qəbuluna girdik. Rayon rəhbəri mənə dedi ki, siz ordan oğurluq qum aparmısınız. Başçıya oğlumun heç bir oğurluq etmədiyini, sadəcə, dostunun həyatyanı sahəsindən çıxan tullantıları daşıdığını bildirdim. Başçı isə mənə inanmadığını dedi. Biz Qaradağ rayonunda yaşayırıq. Maştağa ilə Qaradağın arasında görün nə qədər məsafə var. Quma ehtiyacımız olsa Qaradağın hər tərəfi qumdur də, niyə gedib Maştağadan qum gətirim axı? Qəbul zamanı başçı Mənzil-Kommunal Təsərrüfat Birliyinin direktorunu ayağa qaldırdı və dedi ki, icra hakimiyyətinə maşınların buraxılması üçün məktub yazsınlar. Biz də çöldə gözlədik ki, həmin adam gəlib lazımi məlumatları götürsün. Birliyin rəhbəri maşınların nömrəsini yazdı. Mənimlə bir yerdə qəbula gələn oğlanın maşınını buraxdılar. Amma heç bir məktub filan yazılmamışdı. Buna qədər isə başıma gələn hadisə ilə bağlı prezidentə şikayət məktubu yazmışdım. Bu isə başçının xoşuna gəlməyib. Buna görə də maşınları özümüzə qaytarmır. Adil Vəliyev birliyin direktoruna bizim maşınları buraxmaması üçün tapşırıq verib. Bir neçə gün sonra Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə getdim və direktorla görüşdüm. O dedi ki, ümumi şöbə məktub yazmalıdır. Sabunçu Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən isə dedilər ki, burda məktub yazılmır. Həmin gün saat 3-də icra hakiminin birinci müavini Güloğlan müəllimin qəbuluna girdim. Problemi ona danışdım, amma heç bir xeyri olmadı. Maşınların sürücüləri və ailələri Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısına toplaşdı. Cəriməni ödəməyimizə baxmayaraq, maşınları buraxmırlar. Həmin maşınları idarə edən sürücülərin ailələri acdır, uşaqlarına məktəb paltarı ala bilməyiblər. Belə özbaşınalıq olar? Etirazımızı bildirəndən sonra icra hakimiyyətinin vəzifəli şəxsləri bizi qəbul etdi. Sürücülərin və maşınların sənədlərini hazır edib icranın işçilərinə verdik. Yenidən icra başçısının qəbulunda oldum. Adil müəllim dedi ki, niyə bu adamları yığıb gətirmisən. Başçı bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi sənəd gəlməsə, şəhər meri Hacıbala Abutalıbov və daxili işlər naziri Ramil Usubov mənə zəng etməsə, maşınları buraxan deyiləm. Axı biz oğurluq etməmişik. Cərimələri banka ödəmişik, əlimizdə qəbz var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimənin ödəndiyini təsdiq edən sənəd hazırlayıb. Buna baxmayaraq, iki aydır maşınlar qarajda saxlanır. Qəzet vasitəsilə ölkə rəhbərliyinə müraciət edib kömək istəyirik”. Şikayəti araşdırmaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudovla əlaqə saxladıq. Başçının köməkçisi bildirdi ki, adıçəkilən şəxs Ləhic bağlarından dəniz qumunu oğurlayıb ekoloji fəlakət yaratmaqla məşğuldur. Buna görə də onların maşınları özlərinə qaytarılmır. Şikayətçi tərəf bir, icra hakimiyyətinin nümayəndəsi isə başqa söz deyir. Ən yaxşısı məsələyə yuxarı qurumların səviyyəsində münasibət bildirilməsi olardı. Yəqin ki, vətəndaşın şikayəti araşdırılacaq və maşınlar tezliklə onlara qaytarılacaq.
Previous Post

Sabunçu Rayon İcra Hakimiyyəti sahibkarın maşınlarını əlindən alıb

Next Post

Ev tikmək istəyənlərə şad xəbər – ŞƏRTLƏR DƏYİŞDİ

Bənzər yazılar

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir...

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48

Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsində iştiraka görə şübhəli bilinən 402 nəfər saxlanılıb, onların arasında 156 yetkinlik yaşına çatmayan...

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

04 Avqust 2026 - 23:47

İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək. Elchi.az - ın məlumatına görə, bu barədə İsrailin Baş...

“Politico”: ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır

“Politico”: ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır

04 Avqust 2026 - 22:45

Son aylarda ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artıraraq ölkə hakimiyyətinə islahatlar keçirmək və ya istefaya getmək məqsədilə təzyiq göstərir. Elchi.az...

Next Post

Ev tikmək istəyənlərə şad xəbər - ŞƏRTLƏR DƏYİŞDİ

Ev tikmək istəyənlərə şad xəbər - ŞƏRTLƏR DƏYİŞDİ

Son xəbərlər

Sabahın havası açıqlanıb

Sabah 39 dərəcə isti olacaq

05 Avqust 2026 - 12:25
Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

05 Avqust 2026 - 12:20
“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

05 Avqust 2026 - 12:11
İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan

İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan

05 Avqust 2026 - 12:00
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

05 Avqust 2026 - 11:51
MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48
Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

05 Avqust 2026 - 11:42
ABŞ-da yeni epidemiya xəbərdarlığı!

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

05 Avqust 2026 - 11:34
Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

05 Avqust 2026 - 11:27
Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

05 Avqust 2026 - 11:16
SpaceX raketi Aya düşəcək

SpaceX raketi Aya düşəcək

05 Avqust 2026 - 11:08
Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

05 Avqust 2026 - 10:55
Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

05 Avqust 2026 - 10:47
FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

05 Avqust 2026 - 10:39
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Bu il 41 mindən çox uşağa görə birdəfəlik müavinət ödənilib

05 Avqust 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.