"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Sabiq nazirlərin milyardları geri qaytarılacaqmı?

14 Noyabr 2018 - 19:00
in aktual-banner, Banner, BannerVeteninfo, CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycanda vəzifədən çıxarılan bir sıra yüksək rütbəli sabiq məmurların, nazirlərin topladıqları var-dövlət, gözqamaşdıran sərvət gündəmin əsas müzakirə mövzusudur. Onların əksəriyyəti məhz vəzifədə olduqları zaman tutduqları postdan sui-istifadə edərək varlanıb, biznes imperiyası qurublar. Bəziləri vəzifəsini itirsə də, hələ də öz biznesini idarə edir. Onların qurduqları biznesin “sərhədləri” isə genişdir. Dünyanın əksər ölkələrində gəlir gətirən obyektləri, ticarət mərkəzləri var. Bizneslərinin ilkin qaynağı qaranlıq olsa da, “ilkin kapital”ın korrupsiyadan gələn pullar olduğu şübhəsizdir. 
Hansısa sabiq nazirin irimiqyaslı ticarət layihələri üçün pulu təmiz yolla qazanması inandırıcı görünmür. Lakin qanunvericiliyə görə, dövlət qulluqçusu, məmur bizneslə məşğul ola bilməz. Digər tərəfdən buna hətta qanun imkan versə belə, həm məsul olduqları sahəyə, həm də biznesə eyni zamanda vaxt çatdırmaq çətindir. Bu halda ictimaiyyəti bir sual düşündürür – sabiq nazirlər cəzalandırılacaq, ölkədən qanunsuz olaraq çıxarılan milyardlar qaytarılacaqmı? Əslində onların özlərini də bu sual az düşündürmür. Bilirlər ki, bir gün onlardan qanunsuz yollarla topladıqları var-dövlətin hesabı soruşulacaq. Elə buna görədir ki, topladıqları “çirkli pullar”ı xaricə köçürüb, müxtəlif sahələrə sərmayə qoyublar.
Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədov hələ vəzifədə olarkən Türkiyədə biznes şəbəkəsinə sahib idi. Sahibi olduğu “Garant Holding” Türkiyədə də fəaliyyət göstərir və xüsusilə də turizm sahəsində aktivlik nümayiş etdirirdi. Vəzifədən çıxarıldıqdan sonra Ziya Məmmədov Azərbaycanda fəaliyyətinə demək olar ki, son qoydu. Yayılan məlumatlara görə sabiq nazir bütün biznesini ölkədən çıxarıb. Azərbaycanda yerləşən “Garant Holding”in balansında olan hetollər, restoranlar, digər iaşə obyekləri və hətta şirkətin baş ofisi satılıb. Qeyd edək ki, rəsmi məlumata görə, “Garant Holding”in baş ofisi şirkətin banka olan 30 milyon borcun müqabilində alınıb. Ziya Məmmədov hətta “krişalıq” etdiyi media qurumlarını da ölkədən çıxarmaq istiqamətində müəyyən fəaliyyət göstərib. O, biznesini ölkədən çıxarmaqla əslində yığdıqlarını qorumağa çalışır.
Ziya Məmmədovun yaxın qohumları da biznesini ölkədən çıxarıb. Sabiq nazirin qudası, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovartıq 7 aydır ki, postundan kənarlaşdırılıb. Kreslonu tərk edən kimi onun ölkəni də tərk etməsilə bağlı məlumatlar yayılıb. Qızının Türkiyədə böyük biznes şəbəkəsi olduğu da yayılan məlumatlar sırasındadır. Həmin məlumatlara görə, Heydər Əsədov Türkiyədə böyük tekstil şirkətinə sahibdir.
Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudov da oliqarxlaşmış məmur kateqoriyasına aiddir. Doğrudur, onun biznesi haqqında konkret məlumatlar yoxdur. Amma sabiq MTN şefinin avtomobil salonları, restoranları və hotellərinin olduğu məlumdur. Təsədüfi deyil ki, E.Mahmudovdan şikayət edənlər əsasən iri biznesmenlərdir. Onlar sabiq MTN şefinin özünü onlara məcburi ortaq etməsindən şikayətçidirlər. Ölkədən ən çox pul çıxaranın da Eldar Mahmudov olduğu deyilir. E.Mahmudov qudası Cahangir Hacıyevin vasitəsilə ölkədən bir neçə milyard manat çıxarmasına dair iddialar artıq ortadadır. Qeyd edək ki, hazırda həbs həyatı yaşayan C.Hacıyev bank rəhbəri olub və onun bu qədər pulu sabiq MTN şefinin xəbəri olmadan  ölkədən çıxarması inandırıcı görünmür. E.Mahmudovun “xeyir-duası” olmadan C.Hacıyev buna risk edə bilməzdi. Ona görə də Cahangir Hacıyevin ölkədən çıxardığı və hazırda həyat yoldaşı Zamirə Hacıyevanın Londonda geninə-boluna xərclədiyi milyardlar həm də qudası Eldar Mahmudovla birgə topladıqlarıdır.
Keçmiş nazirlər Fazil Məmmədov, Səlim Müslümov və Əli Abbasovun da adı oliqarxlaşmış məmurlar sırasında çəkilir. Fazil Məmmədov ölkənin ən böyük holdinqlərindən biri olan “AtaHolding”in sahibi olub. Holdinqin balansında bank, sığorta şirkətləri, hotellər, restoranlar, tikinti və digər bir çox sahələri əhatə edən şirkətlər var.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə 2 milyard dövlət vəsaiti mənimsəməkdə günahlandırılırdı.
Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun isə özünün dediyinə görə, 1 aylıq xərcləri 300 min manat olub. Nazir maaşı ilə bu qədər vəsait xərcləmək mümkün olmadığı üçün Ə.Abbasovun da qazancının fərqli ünvanlardan gəldiyi istisna deyil.
Ölkənin ən gənc oliqarxlarından biri də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının (Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bu vəzifə ləğv olunub – müəl.) sabiq sədri Rüfət Aslanlıdır. Onun dəyəri milyonlarla ölçülən bahalı avtomobil və saat kolleksiyasına sahib olduğu bildirilir. Tutduqları vəzifədən sui-istifadə edib varlanmış sabiq nazirləri hansı aqibətin gözlədiyini indidən demək çətindir. Həmçinin onların qanunsuz yollarla əldə etdikləri milyardların geri qaytarılması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bu versiyalardan hansının doğru olacağını isə zaman göstərəcək.
Mənbə: cəbhə.info
Previous Post

Sabiq nazirlərin milyardları geri qaytarılacaqmı?

Next Post

ABŞ İranın Suriyada mövcudluğunu Türkiyə üçün təhlükə hesab edir

Bənzər yazılar

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin...

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, oktyabrın 2-3-də Bakıda...

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin...

Next Post
ABŞ İranın Suriyada mövcudluğunu Türkiyə üçün təhlükə hesab edir

ABŞ İranın Suriyada mövcudluğunu Türkiyə üçün təhlükə hesab edir

ABŞ İranın Suriyada mövcudluğunu Türkiyə üçün təhlükə hesab edir

ABŞ İranın Suriyada mövcudluğunu Türkiyə üçün təhlükə hesab edir

Son xəbərlər

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.