"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

20 İyun 2019 - 15:57
in CƏMİYYƏT
FacebookVatsap

2013-cü ilin bu günlərində mətbuatda həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan Yunis Abbasovun 2 milyon dollarlıq malikanəsi müzakirə mövzusu idi. Bir neçə gün əvvəl mövzu yenidən gündəmə gəlib. Məlum olur ki, ötən müddət ərizində Abbasovların Londondakı mülklərinin sayı da, qiyməti də artıb. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır.

Bunu da oxuyun

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

6 il əvvəl Azərbaycan mətbuatında “Azərbaycanlı nazir oğlunun Londonda 2 milyonluq mülkü aşkarlandı” başlıqlı yazı dərc olundu. Xəbər Britaniyadakı səhih qaynaqlara əsaslanır və müvafiq fotoşəkillərlə müşayiət olunurdu. Məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli iki mərtəbədən ibarət böyük və lüks bir malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq (2 milyon dollar) ödəyib, indi isə onun dəyəri daha yüksəkdir.

Elchi.az “Yeni-Müsavat”a istinadən xəbər verir ki, Abbasovların mal-mülkü haqda son məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

İlgili resim

– 2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı? Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.

1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu il noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı “19 Edinburgh Drive, Staines-Upon-Thames, England” olaraq göstərilir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.

Ismet abbasov ve oglu.jpg (7 KB)

Keçmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Londonda “Aston House Cornwall Avenue”də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb.

KAY INVESTMENTS LIMİTED ile ilgili görsel sonucu

KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini – AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

Yunis Abbasov 2013-cü ildə Londonda 2 milyonluq mənzili üzə çıxanda mətbuatdan qaçmamışdı. Demişdi ki, həmin mənzili 2006-cı ildə alıblar. Əlavə etmişdi ki, ailəsinin hələ 1991-ci ildən Londonda evi olub. Yunis Abbasov həmin mənzilin alınmasında bacısının sağlamlıq problemlərinin rol aldığını açıqlamışdı. Demişdi ki, Londonda ev almalarını bacısının xəstəliyi və əməliyyatına görə ailəsinin tez-tez Böyük Britaniyaya getməsi ilə əlaqəlidir: “O zaman Azərbaycanda bacımın müalicəsi mümkün deyildi və bacım Londonda həkimlərin nəzarətində saxlanılırdı. Atam həmin dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Böyük Britaniyada tanış olmuşdu və dostluq əlaqələri qurmuşdu. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev almışdı”.

Yunis Abbasov mənzilin alınmasının Böyük Britaniya qanunlarına tam uyğun həyata keçirildiyini də demişdi. Sitat: “2006-cı ildə alınan mənzilin puluna gəlincə, o 1991-ci ildən sahib olduğumuz və baha qiymətə satılmış evin vəsaiti ilə alınıb. Bura bizim Londonda olmadığımız təxminən 10 ildə toplanmış icarə haqqı da daxildir. Bunları üst-üstə gələndə, mənzil alınandan sonra mənim ilk biznesə başlamağım üçün əlavə vəsait də yaranmışdı”.

Maraqlıdır ki, Yunis Abbasov bu dəfə əmlak siyahısı yayılandan sonra susmağa üstünlük verib…

Previous Post

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

Next Post

İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib

Bənzər yazılar

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Elchi.az  xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində...

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44

Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil...

Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, arabir leysan xarakterli olacağı...

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Elchi.az xəbər verir...

Next Post
İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib

İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib

İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib

İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib

Son xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşdı

31 Avqust 2026 - 10:11
Azərbaycan Premyer Liqasında III tura yekun vurulur

Azərbaycan Premyer Liqasında III tura yekun vurulur

31 Avqust 2026 - 09:29
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

31 Avqust 2026 - 09:15
Şimali Kiprdə üç günlük matəm elan edilib

Şimali Kiprdə üç günlük matəm elan edilib

30 Avqust 2026 - 23:57
Gəncə şəhərində yanğın baş verib

Gəncə şəhərində yanğın baş verib

30 Avqust 2026 - 23:54
Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

30 Avqust 2026 - 19:53
Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

30 Avqust 2026 - 19:50
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

30 Avqust 2026 - 19:48
Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

30 Avqust 2026 - 19:45
“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

30 Avqust 2026 - 12:50
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.