Saakaşvili: “Beynim zədələnib, tez-tez huşumu itirirəm”

82

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı vəziyyətin təfərrüatları öyrənilib.

Elchi.az xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, o, tamamilə yataq xəstəsidir.

“Kiyevdən gedəndə çəkim 120 kq idi, bu gün 65 kq. Bütün bədənimdə dəhşətli ağrılar var. Mən tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm”.

Onun sözlərinə görə, çoxları onun hələ də sağ olmasına təəccüblənir. MRT-nin nəticələrinə görə onun beyni zədələnib. Siyasətçi əlavə edib ki, simptomların əksəriyyəti ağır metal zəhərlənməsi ilə bağlıdır və Gürcüstanda onları müalicə etmək mümkün deyil.

Xatırladaq ki, bundan əvvəl Tbilisi Apellyasiya Məhkəməsi Saakaşvilinin səhhətinə görə azadlığa buraxılmasını rədd etmişdi. Eks-prezident klinikadadır, lakin həkimlərin dediyinə görə, o, terapiya və yeməkdən imtina edir.

Yeganə