Səudiyyə Ərəbistanı zəlzələdən zərər çəkən Mərakeşə yardım materiallarını çatdırmaq üçün hava körpüsü qurmaq və axtarış-xilasetmə qrupu göndərmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Mərakeşə axtarış-xilasetmə qruplarının göndərilməsi və müxtəlif yardım materiallarının çatdırılması üçün hava körpüsünün yaradılmasına göstəriş verib.
Kral Salman Yardım və Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri Abdullah bin Əbdüləziz er-Rabia qeyd edib ki, Mülki Müdafiə Baş Müdirliyinin axtarış-xilasetmə qrupları və Səudiyyə Ərəbistanı Qızıl Aypara Cəmiyyətinin tibbi qrupları Mərakeşə göndəriləcək.
Digər tərəfdən Oman bir xilasetmə qrupu və təcili yardımın Mərakeşə göndəriləcəyini açıqlayıb.
Ölkənin rəsmi xəbər agentliyi ONA-nın məlumatına görə, Oman Sultanı Heysəm bin Tariq axtarış-xilasetmə qrupu və təcili yardım materiallarının Mərakeşə göndərilməsi barədə göstəriş verib.
Şayəstə Hüseynova