Səudiyyə Ərəbistanı və BƏƏ neft hasilatının artacağı ilə bağlı xəbərləri təkzib edir

46

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu neft hasilatının artacağı ilə bağlı iddiaların doğru olmadığını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman neft hasilatını artırmaq üçün OPEC+ üzvləri ilə danışıqlar apardığına dair xəbərləri təkzib edib.
OPEC+ toplantılarından əvvəl qəbul ediləcək qərarların müzakirə edilmədiyini deyən energetika naziri gündəlik 2 milyon barellik azalmanın 2023-cü ilin sonuna qədər davam edəcəyini qeyd edib.
Səudiyyə naziri onu da vurğulayıb ki, tələb-təklif balansını bərpa etmək lazım gələrsə, hasilatı daha da azaltmaq olar.
BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl əl-Mezrui də öz Twitter hesabında hasilatın artırılması ilə bağlı OPEC+ üzvləri ilə danışıqlar aparılmadığını bildirib.
Mezrui bəyan edib ki, OPEC+ qrupunun hazırkı qərarı 2023-cü ilə qədər qüvvədədir və onlar neft bazarının sabitləşməsi ilə bağlı istənilən qərardan asılı olacaqlar.
ABŞ-ın “Wall Street Journal” qəzeti OPEC+ qrupunun üzvlərinin gündəlik neft hasilatını 500 min barel artırmaq üçün danışıqlar apardığını iddia edib.

Şayəstə