"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərkisyanın müsahibəsi: Ermənilər Qarabağdan əlini üzdü

14 İyul 2016 - 22:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Serj Sərkisyan bir ərəb kanalına müsahibəsində heç kimin Dağlıq Qarabağ xalqını Azərbaycanın tərkibində qalmağa məcbur edə bilməyəcəyini söyləyib. Lakin o bu deyimində qeyd-şərt etməyi də unutmayıb. Ermənistan prezidenti bildirib ki, dünya dövlətləri bu məsələni zor yolu ilə həll edə bilər. Erməni analitiklərini xoflandıran da elə bu cümlə olub. Erməni təhlilçilər Sarkisyanın Qarabağ məsələsinin zorla həll ediləcəyinə ilk dəfə işarə vurduqlarını qeyd ediblər.

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

 

Musavat.com məsələ ilə bağlı erməni saytlarına istinadən Ermənistan siyasətçilərinin və politoloqlarının fikrilərindən bəzilərini Azərbaycan ictimaiyyətinə çatdırır.

 

Erməni analitiki Akop Badalyan həmişə olduğu kimi öz-özünə suallar verərək məsələ barəsində baş sındırmağa çalışıb.

 

Bu nədir? – “Azərbaycan və Ermənistan cəmiyyətlərinə, güzəşt edilməməsi halında onları gözləyəcək təhlükəyə işarədir yoxsa?..” “…Sərkisyan indi vasitəçiləri ona deyil, Qarabağ ermənilərinə təzyiq göstərməyə çağırır?” – Akop Badalyanın yazısında suallar qoyulur.

 

“Əgər Qafqazda olan problemlərin içərisində Qarabağ əvvəllər hər hansı vəzifənin yerinə yetirilməsində vasitə idisə, hazırda ona bir çox problemin yolunda əngəl kimi baxılır. Belə olan halda isə Ermənistan burada məsuliyyət daşıyan duruma düşəcək. Çünki Qarabağ 20 ildən çoxdur ki, onun əlindədir”, – Badalyan vurğulayır.

 

“Dünya yalnız bir şeyi tələb edir – qlobal proseslərə adekvat olmaq. Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalıb-qalmamasını istəməsi dünyanın vecinə də deyil. Ermənistan tərəqqipərvər dünyadan imtina etidkcə və Avrasiya bataqlığına saplandıqca erməni əsgərinin səngərdə qalması çətinləşəcək”, – Badalyan məqaləsində yazır.

 

“Armenianreport.net” saytının təhlilçisi Qraçya Qalustyan isə rəsmi Bakının artıq paket deyil, mərhələləli varianta üstünlük verdiyini vuğrulayır:

 

“Budur onlar artıq danışıqlarda yalnız irəliləmədən danışırlar. Diqqət edin, aprel ayından sonra azad olunan torpaqlardan yox, məhz irəliləmədən. Onlar isə irəliləyiş deyərkən ancaq bir məsələni nəzərdə tutublar – bütün torpaqların azad edilməsi və Dağlıq Qarabağın Azərbaycana qaytarılması. Təəssüf ki, Ermənistan indiki vəziyyətdə rus şantajı qarşısında olduqca gücsüz görünür. Biz Rusiyadan həm siyasi, həm də iqtisadi olaraq çox asılıyıq. Üstəlik, Rusiya bizi hər hansı manevrdən məhrum edib”.

 

Ermənistanın Azad Demokratlar Partiyasının sədr müavini Anuş Sedrakyan dünya gündəminin Qarabağ məsələsi üzərində fokuslaşmasını bölgənin gərgin vəziyyətdə olmasının təzahürü olaraq qiymətləndirib.

 

Anuş Sedrakyan Rusiya və Türkiyə arasında münasibətlərin əvvəlki dövrlərdən daha artıq yaxşılaşdığını bildirərək, “qarğa qarğanın gözünü deşmir” məsəlinin burada lap yerində olduğunu söyləyib.

 

Anuş Sedrakyan Con Kerrinin Moskvaya gözlənilən səfərində Qarabağ münaqişəsinin müzakirəyə çıxarılmasını problemin hansı mühüm nöqtəyə gəldiyini göstərdiyini bildirib.

 

Erməni siyasətçi Vyana razılaşmalarında təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin qurulmasının nəzərdə tutulmasına rəğmən, Sankt-Peterburq görüşündən sonra kimsənin bu barədə bir söz demədiyini qeyd edib:

 

“Sankt-Peterburq görüşündən sonra Əliyevin səsi 5 dəfə yüksəlib və daha döyüşkən xarakter alıb”.

 

Erməni jurnalist və politoloq Aykazn Qaqriqyan isə son hadisələrin fonunda Azərbaycan ordusu tərəfindən keçirilən hərbi təlimlərə diqqət çəkib.

 

Qaqriqyan Putinin Bakıya gözlənilən səfərində Qarabağ məsələsinin Rusiya planı üzrə həll olunmamasını və Azərbaycana silah satışının davam etdirilməsi ilə bağlı müzakirələrin aparılacağını vurğulayıb.

 

Qaqriqyan Rusiyanın Ermənistan ordusunun potensialını azaltmaq istədiyini iddia edib.

 

Onun fikrincə, Rusiya və Ermənistan arasında imzalanan hava hücumundan müdafiə üzrə vahid sistemin yaradılması haqqında sazişin Qarabağ səmasına aid edilməməsi bunu aşkar surətdə sübut edir.

 

“Rusiya “erməni” (?!) səmasını Azərbaycanın üzünə açıb. Qarabağ münaqişəsinin bir çoxlarının dediyi kimi, həlli yoxdur. Əslinə qalsa, o, çoxdan həll olunub. “Nizamasalma prosesi” isə cəmiyyətə təsir göstərmək üçün istifadə edilən böyük blefdən, psixoloji faktordan başqa bir şey deyil. Məsələ cəmiyyətin buna necə reaksiya göstərəcəyindədir. Erməni cəmiyyəti üçün isə blef reallıqdan daha böyük əhəmiyyət kəsb edir. Amma bu gerçəklikdən qaçmaq lazım deyil”, – deyə erməni politoloq ermənilərin Qarabağda döyüşərək öz mənafelərinin özləri tərəfindən qorunmasının vacibliyini vurğulayıb.

 

“Azərbaycan 4 günlük Aprel müharibəsi sayəsində Qarabağ məsələsini yenidən dünya gündəminə qaytardı. İndi biz Suriya və Ukrayna ilə eyni səviyyədə dayanmışıq. NATO sammitindən çıxan qərarlar  də elə bunu göstərdi”, – deyə Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzinin direktoru Stepan Qriqoryan bir erməni saytına müsahibədə bildirib.

 

Stepan Qriqoryan Qərb və Rusiya arasında müxtəlif nizamasalma metodları və həll yollarının mövcud oldğunu bildirib. Qriqoryan Vyana danışıqlarında Ermənistanın bölgədə status-kvonu saxlamaq üçün əlinə fürsət düşdüyünü, lakin Sankt-Peterburqda bunu əlindən qaçırdığını düşünür.

 

Qriqoryan bölgədə nəzarət mexanizmlərinin yerləşdiriməsi ilə bağlı Qərbin planının Ermənistana daha çox sərf etdiyni, Rusiyanın isə bu planı pozduğunu bildirib.

 

“Harada Rusiya varsa, bizi təhdidlər və ərazi güzəştləri gözləyir. Rusiyanın məqsədi birdir – Azərbaycanı Avrasiya meydanına çəkmək və Azərbaycan neft və qazının Rusiyadan keçməsini təmin etmək”, – Qriqoryanın müsahibəsində qeyd edilir.

 

Qriqoryan Qarabağ məsləsində erməni cəmiyyətinin şəffaf şəkldə məlumatlandırılmasının vacib olduğu söyləyib:

 

“Rusiya ciddi dövlətdir, bir şeyi başına qoydumu, buna tab gətirmək çətin olacaq. Buna görə də hakimiyyət xalqın qarşısında açıq olmalıdr. Əgər bizə hansısa variantlar təklif olunarsa, hakimiyyət cəmiyyətin nəyə icazə verməyəcəyini başqalarına göstərməlidir. Bizim Rusiyaya peşkəş etmədiyimiz heç nə qalmayıb. Arada təəccüblənirəm ki, Əliyev Sərkisyanla niyə görüşür. Yəqin ki, sadəcə, jest edir. Əgər hər şeyimizi Rusiyaya vermişiksə, onda Sərkisyana nə ehtiyac var. Bütün məsələlər elə Azərbaycan və Rusiya arasında dialoq zamanı həll olunur”.

 

Qriqoryan Rusiyanın nəzarətində olmayan tək şeyin ordu və cəmiyyət olduğunu vurğulayaraq, əlavə edib ki, erməni cəmiyyəti ciddi proseslərə və hadisələrə hazırlaşmalıdır.

 

Previous Post

Sərkisyanın müsahibəsi: Ermənilər Qarabağdan əlini üzdü

Next Post

Azərbaycanda işıq pulu da artırıldı

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Azərbaycanda işıq pulu da artırıldı

Azərbaycanda işıq pulu da artırıldı

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.