"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərkisyana qarşı silahlı qiyam: İrəvandakı qanlı olayın sirri

18 İyul 2016 - 09:02
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Sərkisyana qarşı silahlı qiyam: İrəvandakı qanlı olayın sirri  Aprel hərbi uğursuzluğunun Ermənistanda əks-sədası; Müxalifət silahliları Daxili Qoşunların və polisin binasını ələ keçirdilər; yüksək çinli məmurların bir neçəsi girov götürüldü; şəhərə qoşun hissələri yeridildi; ölən və yaralananlar var; ölkə vətəndaş müharibəsi astanasında…

Apreldəki 4 günlük müharibədə hərbi uğursuzluqdan sonra Ermənistanda daxili ictimai-siyasi vəziyyət artan xətlə gərginləşməkdə davam edir. Bu da təbiidir, proseslərin bu yöndə inkişaf edəcəyi barədə müstəqil ekspertlər proqnoz vermişdilər. 
Məsələ də ondadır ki, müharibə faktoru üzərində Ermənistanda hakimiyyəti ələ keçirmiş “Qarabağ klanı”, onun odioz üzvü, prezident Serj Sərkisyan günün birində elə bu amilə görə hakimiyyətdən gedə biləcəyini artıq hiss etməyə başlayıb.
Öz hakimiyyətinə artıq daxildən real təhlükə hiss edən Serj Sərkisyan gözləndildiyi kimi, aprel rüsvayçılığından sonra ölkədə özünə qarşı təhlükə kəsb edən bütün ünvanları susdurmağa, yeni həbslərə və orduda kadr dəyişikliklərinə start verib. Hakimiyyət hərisliyi onu hətta dünənədək qatı siyasi rəqib saydığı keçmiş prezident Levon Ter-Petrosyanın ayağına aparmışdı.
Lakin Sərkisyan rejiminin durumunu daha da qəlizləşdirən vazkeçilməz bir amil var. Bu da rəsmi İrəvanın Qarabağ məsələsində vaxtı yetişən real addımların atılması ilə bağlıdır – hansı addımlardan ki, o, dəhşətli şəkildə çəkinir, çünki bununla hakimiyyətinin süqutunun tezləşəcəyini  yaxşı bilir.
İstənilən halda Azərbaycan əsgərinin şücaəti sayəsində Ermənistanın ziyanına dəyişən və “Qarabağ klanı”nın ənənəvi təbliğat silahını kəsərsiz hala gətirən status-kvo Ermənistan prezidentini təcili preventiv addımlar atmağa sövq edir. Neçə aydır ölkədə siyasi opponentlərə qarşı aparılan “əcinnə ovu”nun, hədə-şantajın, həbslərin, yaradılan xof atmosferinin arxasındakı əsas hədəf də budur.
Ancaq çətin ki, bu üsul-vasitələr 18 ildir (1998) xalqı yalan vədlərlə yemləyən “Qarabağ klanı”nı, Köçəryan-Sərkisyan rejimini xilas edə bilsin. İş ondadır ki, hakim rejimdən narazılıq təkcə iflas olan Qarabağ strategiyasına görə deyil, həm də ölkədə sosial-iqtisadi durumun, korrupsiya-rüşvətin heç vaxt olmadığı qədər acınacaqlı səviyyəyə çatmasına, Ermənistandan miqrasiya axınının ifrat şəkil almasına, təbəqələşmənin dərinləşməsinə görədir…
***
Artıq qonşu ölkədən silahlı qiyam, çevriliş cəhdləri haqda məlumatlar gəlməkdədir. Belə ki, dünən səhərdən Ermənistan KİV-lərində və sosial şəbəkələrdə paytaxt İrəvanda silahlı üsyan haqqında informasiyalar yayılmağa başlayıb. Musavat.com-un məlumatına görə, bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat yayıb və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini iddia edib.
Lakin bəyanatda etiraf edilir ki, bir qrup silahlı şəxs ötən gün səhər Ermənistan polisinin komendant alayı ərazisinə daxil olublar və silah təhdidi ilə oradakı şəxsləri girov götürüblər. O cümlədən, Polis İdarəsinin rəis müavinləri Yeqizaryan və Valeri Osipyan girov götürülüblər.
Bəyanatda təsdiq edilir ki, komendantlığı ələ keçirənlərlə danışıqlar aparılır. Eyni zamanda sosial şəbəkələrdə üsyançılar kimi təqdim olunan silahlı şəxslərin digər dövlət obyektlərini də ələ keçirməsi haqda informasiyalar yayılmaqda davam edib. Təhlükəsizlik xidməti bu və hər hansı digər belə hərəkətlərin ən ağır şəkildə cəzalandırılacağı barədə xəbərdarlıq edib.
Rəsmi açıqlamada hücum edənlərin müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb etdiyi deyilir. Lakin Ermənistanın rəsmi dairələrindən verilən bəyanatların əksinə olaraq, qiyamçıların əsas tələbinin prezident Serj Sərkisyanın istefası olduğu deyilir. Bunu hadisə haqqında ilk məlumat yayan “Müəssisələr  Parlamenti”nin vitse-prezidenti Varujan Avetisyan keçirdiyi xüsusi mətbuat konfransında bəyan edib. O, “silahlı üsyanın başlandığını”, bir sıra polis məntəqələrinin ələ keçirildiyini də söyləyib. Sayı 25-ə yaxın olduğu deyilən silahlılar Serj Sərkisyanın istefasını tələb ediblər.
***
Daha sonra daxil olan xəbərlərə görə, Daxili Qoşunların və polis binasının ələ keçirilməsi zamanı bir nəfər – polis polkovniki Artur Vanoyan ölüb, daha bir neçə polis zabiti və əməkdaşı yaralanıb. Az sonra bəlli olub ki, binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun hissələri, zirehli texnika göndərilib. Polis qüvvələri İrəvanın Erebunu rayonuna gedən yolları mühafizə altına alıb. Rayonun polis idarəsinin yaxınlığında əhali evakuasiya edilib. Polis, daxili qoşunlar və xüsusi təyinatlıların böyük qüvvələri əməliyyata cəlb olunub.
c3
Qəzet çapa gedərkən qiyamçılarla güc strukturu nümayəndələri arasında binanın boşaldılması və girovların azad edilməsi ilə bağlı danışıqlar davam edirdi. Məlumatlara görə, silahlılar tərəfindən ələ keçirilən polis binasına yaxınlaşan vətəndaşlar həbs olunurlar. Həbslər həmçinin, İrəvanın digər rayonlarında, Gümrü, Kirovakan və digər şəhərlərdə aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub (Virualaz.org). Gümridə “Asparez” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə “Yeni Ermənistan” təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb. Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sərkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək.
***
Beləcə, Ermənistanda Sərkisyan rejiminə qarşı mübarizədə artıq ilk qanlar tökülüb, ölənlər var, kütləvi həbslər başlayıb. Bütün bunlar isə heç şübhəsiz, bataqlıq effekti üzrə öz xalqından çoxdan ayrı düşmüş hakim qüvvənin süqutunu daha da tezləşdirəcək. Hər halda, tarixin acı təcrübəsi var.      
Previous Post

Sərkisyana qarşı silahlı qiyam: İrəvandakı qanlı olayın sirri

Next Post

Ermənistanda 200 nəfər saxlanılıb

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Ermənistanda 200 nəfər saxlanılıb

Ermənistanda 200 nəfər saxlanılıb

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.